IQNA

Bolqarıstanda "İslam, dünyanın tarixi" kitabı tərcümə edildi

8:01 - August 06, 2019
Xəbər sayı: 3485656
Britaniyalı müsəlman Məhmməd Ed. Hüseynin qələmə aldığı "İslam, dünyanın tarixi" kitabı Burislav Stifanov tərəfindən Bolqar dilinə tərcümə və Ciela nəşriyyatı tərəfindən çap və nəşr edilib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İran İslam Respublikasının Bolqarıstandakı Mədəniyyət Əlaqələri İdarəsinin informasiya şöbəsinə istinadla verdiyi xəbərə görə, Britaniyalı müsəlman Məhmməd Ed. Hüseynin qələmə aldığı "İslam, dünyanın tarixi" kitabı Burislav Stifanov tərəfindən Bolqar dilinə tərcümə və Ciela nəşriyyatı tərəfindən çap və nəşr edilib.

İslam dininin qərb ölkələrində insanların itaət etdiyi ən mühüm dinlərdən biri olmasına rəğmən hələ də bir çox qeyri-müsəlmanlar üçün tanınmaz olaraq qalmaqdadır. Son illərdə qərb mediası İslam barədə çox danışsa da insanların eşitdikləri və zehnlərində yaranan təsəvvür "İslami radikalizm"dir.

Düşmən medianın İslam barədə qaralama kampaniyası aparmasına baxmayaraq İslam dini sürətlə inkişaf edir, 2050-ci ilədək xristianların sayını keçəcəkdir və bu gün də ətrafımızdakı insanların hər beş nəfərdən biri müsəlmanlardır. Dünyanın 59 ölkəsinin əhalisinin əksəriyyətini müsəlmanlar təşkil edir. Bolqarıstan əhalisinin də 10 faizdən çoxu müsəlmanlardır.  

Britaniyalı müsəlman müəllifin yazdığı "İslam, dünyanın tarixi" adlı əsər çalışır ki, müasir insanın İslam qarşısındakı korkoranə təəssüblərinin amillərini araşdırsın, şübhələrə cavab versin, radikal qruplaşmalar ilə Qurana əməl edən müsəlmanlar arasındakı fərqi göstərsin və insanlarda İslam dini barədə düzgün və agahanə bir təsəvvürün yaranmasına kömək etsin.

Müəllif kitabda İslam nədir, Quranın mənşəyi nədir, Məhəmməd (s) kimdir, Məhəmmədin (s) təlimləri nədən ibarətdir, İslamda qadının rolu nədir, kişi və qadın münasibətləri necə olmalıdır və İslamın digər dinlərə münasibətləri necədir kimi sualları cavablandırıb.

Məhəmməd Ed. Hüseyn 1974-cü ildə Londonda yaşayan müsəlman ailəsində anadan olub. O, North London universitetinin Tarix Elmləri fakültəsini bitirib. Daha sonra isə magistr pilləsində London universitetinin "Orta Şərqdə siyasət, mədəniyyət, tarix, iqtisadiyyat və coğrafiya araşdırmaları" üzrə araşdırdığı mövzusunu müdafiə edib.        

 http://iqna.ir/fa/news/3832591

ترجمه کتاب «اسلام، تاریخ جهانی» در بلغارستان

captcha