IQNA

Hizbullah qüdrət parametrini təsbit etdi

17:34 - September 02, 2019
Xəbər sayı: 3485764
Livan Hizbullahının baş katib müavini bildirib ki, müqavimət sionist rejimə cavabı ilə qüdrət parametrini təsbit edə bildi.

IQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Sahartv-yə istinadla xəbər verir ki, Livan Hizbullahının baş katib müavini bildirib ki, müqavimət sionist rejimə cavabı ilə qüdrət parametrini təsbit edə bildi. O, vurğulayıb: Hizbullah daha təhlükəli məsələlərin baş verməsinin qarşısını almaq məqsədilə qarşıdurma qaydaları və önləyicilik qüdrətinin qorunmasını istəyir.

Şeyx Nəim Qasim Beyrutun cənubundakı Zahiyyə bölgəsində yerləşən Seyyiduşşuhəda kompleksində keçirilən məhərrəm ayının ikinci gecəsinin əzadarlıq mərasimində deyib: Hizbullah daha təhlükəli məsələlərin baş verməsinin qarşısını almaq məqsədilə qarşıdurma qaydaları və önləyicilik qüdrətinin qorunmasını istəyir. Düşmənə cavab zərurəti barədə xalq və rəsmi səviyyədə həmrəylik və himayənin elan olunması, bizim izzətli, azadcasına siyasi seçimləri və Livanı müdafiə sahəsindəki müqavimət seçimi zərurəti və onun qüdrətlə davam etdirilməsi, həmçinin düzgün təbii nəticədən başqa bir şey deyildir. Biz danışıq və davranış cəhətdən qələbə yolundayıq və inşaallah, bu cür qalmaqda davam edəcəyik.

captcha