IQNA

11:10 - September 13, 2019
Xəbər sayı: 3485808
İraqın Mosul şəhərində 12-ci əsrin memarlıq abidəsi olan bir məscidin yenidən qurulması üçün YUNESKO 100 milyon dollar ayıracaq.
İraqın Mosul şəhərində 12-ci əsrin memarlıq abidəsi olan bir məscidin yenidən qurulması üçün YUNESKO 100 milyon dollar ayıracaq.
 
Maide.Az xəbər verir ki, OTR məlumatına görə, Məscid iki il əvvəl İŞİD terror qruplaşmasının üzvləri tərəfindən demək olar ki, tamamilə məhv edilmişdi.
 
Binanın bərpasının ətraflı cədvəli bu gün Parisdə YUNESKO və İraq nümayəndələri arasında keçirilən görüşdə hazırlanmışdır.
 
Proqram “Mosul Ruhunu Canlandır» adlandırılmışdır. İraq tarixində bu həm maliyyə yatırımları, həm də iş həcmi və keyfiyyəti baxımından ən böyük layihədir.
 
İnşaatçılar üçün bu layihədə ən çətin iş misilsiz məscid minarəsinin yenidən qurulması olacaq.
Teqlər: yunesko ، iqna ، bmt ، məscid ، otr
Ad:
E-poçt:
* Comment: