IQNA

Görmə qüsuru olan Fələstinli qız qiraət icazəsi aldı

21:51 - September 24, 2019
Xəbər sayı: 3485868
Fələstinin Qəzza sahilinin Xan-Yunis şəhərindən olan görmə qüsurlu bir qız Həfsin Asimdən rəvayəti əsasında Peyğəmbərədək (s) bitişik sənədli Quran qiraəti icazəsi aldı.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Fələstinin Qəzza sahilinin Xan-Yunis şəhərindən olan görmə qüsurlu bir qız Həfsin Asimdən rəvayəti əsasında Peyğəmbərədək (s) bitişik sənədli Quran qiraəti icazəsi aldı.

Görmə qüsuru olan 17 yaşlı Şəms Əbu Şəhmə keçən həftənin Bazar günü, 22 Sentyabr 2019-cu il, Qəzzanın Quran radiosunda qiraət edib. Onun tilavətini eşidən Fələstinli qari Şeyx Hani Üla bu icazənaməni ona təqdim edib.

Xanım Şəms Əbu Şəhmə ibtidayi, orta təhsili və mədrəsə dərslərini başa vurduqdan sonra Quran qiraəti və təcvid dərslərini İbn Kəsirin qiraəti əsasında öyrənib və 2018-ci ildən bütün Quranı Şeyx Məhəmməd Qərnavinin sənədi ilə qiraət edib.

Qeyd edək ki, "qiraət icazənaməsi" Quran qiraəti ustadları tərəfindən Quran qiraətini yeni öyrənən və müvəffəqiyyətlə başa vuran tələbələrə verilir. Həmin icazənamə qarinin qiraətinin hansı səhabənin rəvayəti əsasında olduğunu, təcvid elmi və qiraətlərin müxtəlifliyini tanımaqda bacarığını göstərir.  

http://iqna.ir/fa/news/3844143

Teqlər: iqna ، qəzzə ، fələstin ، qiraət ، Həfs ، Asim
captcha