IQNA

Rusiyada "Qlobal dünyada İslam" toplantısı keçirildi

11:48 - September 25, 2019
Xəbər sayı: 3485873
"Onlar dünyanın hər yerində, xüsusi ilə də Suriya, Fələstin, Yəmən və İraqda insanlıq əleyhinə cinayətlər törədirlər, azadlıq və ədaləti zəncirə çəkirlər, amma yalandan demokratiya və azadlıq çığırırlar".

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, dünən, həftənin üçüncü günü, 24 Sentyabr 2019-cu il, Rusiya federasiyasının paytaxtı Moskva şəhərində "Qlobal dünyada İslam" toplantısı keçirilib.

Toplantıda İran İslam Respublikasının İslami Təbliğat və Əlaqələr Təşkilatının rəisi və İran Mədəni İnqilabının Ali Şurasının üzvü Əbuzər İbrahimi Türkəman, İran İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Üzma Xameneinin İslam dünyası dəsələlərində müşaviri Ayətullah Məhəmməd Əli Təsxiri, İslami Təbliğat və Əlaqələr Təşkilatının Strateji Araşdırmalar və Mədəni Əlaqələr Mərkəzinin rəhbəri Məhəmməd Əli Rəbbani, Rusiya Müsəlmanlar İdarəsinin rəisi və baş müftisi Ravil Eynuddin və bir sıra İslami ölkələrin dövlət adamları, siyasi, dini və elmi şəxsiyyətləri iştirak ediblər.

همایش «اسلام در جهان فراگیر» در روسیه/ افراط‌گرایی؛ بلای اسلام و آیین مسلمانی

İran İslam Respublikasının İslami Təbliğat və Əlaqələr Təşkilatının rəisi və İran Mədəni İnqilabının Ali Şurasının üzvü Əbuzər İbrahimi Türkəman toplantıdakı çıxışında Rusiyanın baş müftisi Ravil Eynuddinin bu ölkədə müsəlmanların dini kimliyinin möhkəmlənməsindəki roluna işarə edərək deyib: Onun vəhdət yaradan mövqedə durması müsəlmanların Rusiya cəmiyyətində mömin, məsul və müttəhid vətəndaş kimi müsbət rol ifa etməsinə səbəb olub. İran İslam Respublikası həmişə bu şəxsiyyətə ehtiram gözü ilə baxıb və onun bütün səylərini müsbət dəyərləndirib.

همایش «اسلام در جهان فراگیر» در روسیه/ افراط‌گرایی؛ بلای اسلام و آیین مسلمانی

Çıxışının davamında İslam dünyasında baş verən hadisələrə və radikalizmə işarə edən Türkəman vurğulayıb: Bu gün İslam dünyasında din adına həyata keçirilən zorakılıq və qəddarlığın heç bir dini əsası yoxdur.

O əlavə edib: Bu gün dünyada fintə yaratmaq dalınca olanlar dünyanın hər yerində, xüsusi ilə də Suriya, Fələstin, Yəmən və İraqda insanlıq əleyhinə cinayətlər törədirlər, azadlıq və ədaləti zəncirə çəkirlər, amma yalandan demokratiya və azadlıq çığırırlar.

Türkəman vurğulayıb: Onların başında Amerika və sionist rejimi kimi böyük zülmkarlar dayanır. Müxtəlif dövlətlərə sanksiyalar tətbiq etmək və onların yerinə qərarlar vermək beynəlxalq hüquqların kobud şəkildə pozulmasıdır.     

Əbuzər İbrahimi Türkəman regionda və dünyada baş alıb gedən radikalizm və təkfirçiliyə işarə edərək deyib: Təkfirçilik və radikalizmi həmin fitnəçi dövlətlər yaradıb.   

"İslam dini qlobal dindir. İslam Peyğəmbəri (s) dəvətinin ilk günündən bütün bəşəriyyəti, dinindən, irqindən və coğrafiyasından asılı olmayaraq bütün bəşər övladını sülhə, ədalətə və azadlığa dəvət etmişdir" – Türkəmani vurğulayıb.

http://iqna.ir/fa/news/3844699

  

captcha