IQNA

Məscidul-Əqsanın divarı çökdü

11:16 - September 27, 2019
Xəbər sayı: 3485880
Məscidul-Əqsanın cənub-şərq divarına bitişik olan "Babur-Rəhmət" adlı qədim İslami türbənin cənub divarının bir hissəsi dağılıb.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Məscidul-Əqsanın cənub-şərq divarına bitişik olan "Babur-Rəhmət" adlı qədim İslami türbənin cənub divarının bir hissəsi dağılıb.

Dünən, həftənin Cüməaxşamı günü (26 Sentyabr 2019) baş verən bu hadisə sionist rejiminin həmin divarın yaxınlığında Qüdsün bir hissəsini Tur dağına birləşdirmək məqsədi ilə tele-kabin düzəltmək üçün apardığı qazıntılar səbəbindən baş verib.

Sionist rejimi 2017-ci ildən indiyədək bu qədim İslami türbəni hədəfə alıb və "qədim Qüdsün genişləndirilməsi" projesinin icrası bəhanəsi ilə çalışır ki, "Babur-Rəhmət" qəbiristanlığını dağıtsın. Sionist rejimi bu türbəni dağıdaraq yerində tele-kabini yerləşdirmək istəyir.

Qeyd edək ki, Fələstin Muxtar Təşkilatı keçən il BMT (Birləşmiş Millətlər Təşkilatı)-dan Əqsa məscidinin altında qazılan tunellərin aşkara çıxarılması üçün xüsusi istintaq qrupunun yaradılmasını tələb etmişdi.    

http://iqna.ir/fa/news/3845154

captcha