IQNA

Sabiq İran səfiri Azərbaycan xatirələrindən kitab yazdı

12:38 - September 27, 2019
Xəbər sayı: 3485881
İran İslam Respublikasının Azərbaycandakı keçmiş səfiri Möhsün Pakayinin xatirələri İranın Xarici İşlər Nazirliyinin nəşriyyatı tərəfindən çap və nəşr edildi.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İran İslam Respublikasının Azərbaycandakı keçmiş səfiri Möhsün Pakayinin xatirələri İranın Xarici İşlər Nazirliyinin nəşriyyatı tərəfindən çap və nəşr edildi.

İranın Bakıdakı səfirinin xatirələri kitabı "Dörd il Arazın o tayında" adı ilə İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin xarici siyasətinin şifahi tarix məcmuəsinin 11-ci cildində yer alıb.

Kitabın giriş sözündə deyilir: 2011-ci ildə, iki dövlətin siyasi əlaqələrinin iltihablı olduğu bir zamanda Bakıya ezam olundum. Həmin dövrdə iki dövlətin səfirləri ən azı altı dəfə xarici işlər nazirliklərinə çağırılmışdılar. İki tərəfin vətəndaşlarının casusluq və terrorçuluqla əlaqəli həsb edilməsi həmin ilin yayında diplomatik əlaqələri çirkləndirmişdi. İlk görüşlərim ikitərəfli giley-güzarla keçdi. Amma bu görüşlərdə müsbət cəhətlər də çox idi. Ən əsası isə hər iki tərəfin mövcud vəziyyətdən narazı olması və əlaqələrin yaxşılaşdırılmasına can atması idi. Buna görə də ilk işim ikitərəfli əlaqələrdə etimad və etibarı doğrultmaq üçün çalışmağım oldu.

O əlavə edir: Mən iki ölkənin gələcək münasibətlərini müsbət dəyərləndirirəm. Inanıram ki, gələcəkdə iki ölkənin əlaqələri bundan da yaxşı olacaq.

Səfir vurğulayır: Bu gün artıq Azərbaycanın rəsmi dairələrində İrana qarşı ədəbiyyatdan heç bir əsər yoxdur, hətta iki ölkənin əlaqələri İran və Azərbaycan rəsmilərinin arzuladığı vəziyyətdədir. Azərbaycan bu gün öz maraqlarını İran və Rusiya əlaqələri üzərindən axtarır.

Xatırladaq ki, Möhsün Pakayin bundan öncə də səfir olduğu ölkələr, o cümlədən Zambiya, Özbəkistan və Tayland barədə də xatirə kitabları yazıb: "Beş il yaşıl ölkədə", "Dörd il Teymur vətənində" və "40 ay qızıl diyarında".  

Bundan əlavə onun "Peyğəmbər dimlomatiyası", "Afrika və Avropada Əhli-Beyt sevgisi", "Peyğəmbərin səfirləri", "Afrikada siyasət və hakimiyyət", "Heydər Əliyev və İranla daimi dostluq münasibətləri" və sair əsərləri vardır.    

http://iqna.ir/fa/news/3845157

Teqlər: iqna ، möhsün pakayin ، bakı ، səfir
captcha