IQNA

Sionistlər jurnalistləri niyə hədəf alır?

21:48 - October 02, 2019
Xəbər sayı: 3485901
Qəzzadakı “Əl-Mizan” İnsan Haqları Mərkəzi sionist işğalçı İsrail rejiminin fələstinlilərin Böyük Qayıdış Yürüşünə sərt müdaxilələri ilə bağlı açıqlama verib.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Qəzzadakı “Əl-Mizan” İnsan Haqları Mərkəzi sionist işğalçı İsrail rejiminin fələstinlilərin Böyük Qayıdış Yürüşünə sərt müdaxilələri ilə bağlı açıqlama verib.
Mərkəz sionist əsgərlərin yürüş iştirakçılarını qəsdən vurduğunu bildirib. Məlumata görə, 2018-ci ilin martından bu günə qədər aksiyaları işıqlandıran 2 jurnalist öldürülüb, 10-u qadın olmaqla 173 jurnalist də yaralanıb.
Hesabatda qeyd olunub ki, jurnalistləri çoxu həqiqi güllə ilə vurulub. 
Bu müdaxilələrin media mənsublarının həqiqətləri dünaya çatdırmağının qarşını almaq üçün atıldığı vurğulanıb.
Qeyd edək ki, 30 martdan etibarən başlayan Böyük Qayıdış Yürüşü fələstinlilərin sionistlər tərəfindən işğal edilən torpaqlarına qayıtmaq məqsədilə keçirilir. /maidə/
captcha