IQNA

6:33 - October 09, 2019
Xəbər sayı: 3485939
Beytul-Müqəddəsdə yerləşən "Müsəlmanların İslami Fondlar Şurası" dünən sionist İsrail rejiminin dövlət rəsmilərinin onlarla qəsəbə sakini ilə birlikdə Əqsa məscidinə soxulduqlarını məlumat verib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Beytul-Müqəddəsdə yerləşən "Müsəlmanların İslami Fondlar Şurası" dünən, 8 Oktyabr 2019-cu il, sionist İsrail rejiminin dövlət rəsmilərinin onlarla qəsəbə sakini ilə birlikdə Əqsa məscidinə soxulduqlarını məlumat verib.

Onların arasında sionist İsrail rejiminin Kənd təsərrüfatı və iqtisadi inkişaf naziri Yuri Aryel və Likud partiyasının sabiq parlament üzvlərindən biri olan Yəhuda Gelik də olub.

Sionist və radikal yəhudilər Fələstinli müsəlmanların etirazına məhəl qoymadan "Kipur günü" mərasimini keçirmək üçün cari həftənin ikinci və üçüncü günləri Əqsa məscidinə gəlirlər.

Beytul-Müqəddəsdə yerləşən "Müsəlmanların İslami Fondlar Şurası"  beynəlxalq cəmiyyətlərdən İsrailin bu addımının qarşısını almaq üçün sionist rejiminə təzyiq göstərmələrini istəyib.  

https://iqna.ir/fa/news/3848482

Ad:
E-poçt:
* Comment: