IQNA

6:50 - October 09, 2019
Xəbər sayı: 3485940
Türkiyənin Qırmızı Aypara Cəmiyyəti həftənin birinci günü, 7 Oktyabr 2019-cu il, Pakistanın şimal-şərqində yerləşən qədim və tarixi bir məscidin təmirinə başlayıb.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Türkiyənin Qırmızı Aypara Cəmiyyəti həftənin birinci günü, 7 Oktyabr 2019-cu il, Pakistanın şimal-şərqində yerləşən qədim və tarixi bir məscidin təmirinə başlayıb.

Pakistanın Pəncab əyalətinin Cəhəngpəncab rayonunun "Hukrançak" kəndində yerləşən Həzrət İbrahim (ə) məscidi 118 il öncə tikilib.

Həzrət İbrahim (ə) məscidini yerli sakinlər 1901-ci ildə inşa ediblər.

Türkiyənin qırmızı aypara cəmiyyətinin rəisi Hüseyn Can bu məsicidin təmirinin başlanması mərasimində deyib: Qardaş ölkədə tarixi bir məscidin təmiri bizim üçün iftixardır. Türkiyə milləti həmişə bu regionda yaşayan müsəlmanlarla dostluğu unutmayıb. Çətin anlarda həmişə onların yanında olub.

Məscidin bərpası ilə əlaqədar Pakistana ezam edilmiş Türkiyə heyəti həmin kənddə imkansızlara qida məhsulları paylayıb və 100 şagirdə yazı ləvazimatı və oyuncaqlar hədiyyə edib.    

https://iqna.ir/fa/news/3848258

Ad:
E-poçt:
* Comment: