IQNA

10:06 - October 22, 2019
Xəbər sayı: 3486006
İslami Xeyriyyə Həftəsi çərçivəsində müsəlman xeyriyyəçilər dünyanın müxtəlif yerlərində aclıq və qida problemi ilə üzləşən uşaqlara maddi yardım edəcək, yetim uşaqları himayəyə götürəcəklər.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, dünən, həftənin birinci günü, 21 Oktyabr 2019-cu il, İngiltərədə hər il keçirilən "İslami Xeyriyyə Həftəsi" başlayıb.

Böyük Britaniya müsəlmanlarının Londonda fəaliyyət göstərən "İslamic Relief" İslami xeyriyyə cəmiyyətinin təsis etdiyi, hər il keçirilən və sayca 16-cı olan "İslami Xeyriyyə Həftəsi" çərçivəsində müsəlmanlar öz hədiyyə və köməklərini ehtiyaclı ailələrə çatdırmaq üçün bir yerə toplayırlar.  

"İslamic Relief" İslami xeyriyyə cəmiyyəti elan edib ki, bu ilin "İslami Xeyriyyə Həftəsi" öz işini "gücümüzü birləşdirək" şüarı ilə başlayıb.

Bu təşkilat bəyaniyyə yayaraq dünyanın xeyirsevər insanlarından istəyib ki, kasıb uşaqlara dəstək layihələrinin həyata keçirilməsi üçün kömək etsinlər.

İslami Xeyriyyə Həftəsi çərçivəsində xeyriyyəçilər dünyanın müxtəlif yerlərində aclıq və qida problemi ilə üzləşən uşaqlara maddi yardım edəcək, yetim uşaqları himayəyə götürəcək və təbii hadisələrdə zərər çəkmişlərə kömək edəcəklər.

Qeyd edək ki, keçən 16 il ərzində minlərlə müsəlman xeyriyyəçi əl-ələ verərək dünyanın müxtəlif ölkələrində yoxsullara kömək ediblər. Bu müddət ərzində 8.1 milyon pondluq maddi vəsait toplanaraq ehtiyaclılara çatdırılıb.   

https://iqna.ir/fa/news/3851472

Ad:
E-poçt:
* Comment: