IQNA

23:20 - November 04, 2019
Xəbər sayı: 3486087
Misrin İslami Fondlar (Vəqflər) Nazirliyi dünyanın 100 ölkəsinə bu ölkədə keçiriləcək beynəlxalq Quran yarışlarında iştirak etmək üçün dəvətnamə və məktub göndərdiyini elan edib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Misrin İslami Fondlar (Vəqflər) Nazirliyi dünyanın 100 ölkəsinə bu ölkədə keçiriləcək beynəlxalq Quran yarışlarında iştirak etmək üçün dəvətnamə və məktub göndərdiyini elan edib.

Misrin 27-ci Beynəlxalq Qurani-Kərim yarışları gələn ilin (2020) Fevral ayının 8-dən 13-dək keçiriləcəkdir.

Misrin İslami Fondlar Nazirliyi bu yarışlara 40 Afrika ölkəsini, Rusiyanı, Ərəb ölkələrini, Avropa ölkələrini, Balkan ölkələrini, Serbistan, Bosniya, Bolqarıstan, Yunan və Latın Amerikasını dəvət edib.

İslami Fondlar Nazirliyi bəzi qeyri-müsəlman ölkələrində yaşayan müsəlman azlıqların cəmiyyətlərinə də bu yarışlarda iştirak etmək üçün məktub göndərib.

https://iqna.ir/fa/news/3854676

Teqlər: Quran yarışları ، Misr ، İQNA ، afrika ، avropa
Ad:
E-poçt:
* Comment: