IQNA

10:40 - November 06, 2019
Xəbər sayı: 3486097
Almaniyanın Münster universitetində Qurani-Kərim mövzusunda üç günlük konfrnas keçiriləcək. İslam İlahiyyatı İnstitutunda keçiriləcək konfrans "Quran tarixi kontekstdə" mövzusunda olacaq.  

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Noyabr ayında Almaniyanın Münster universitetində Qurani-Kərim mövzusunda üç günlük konfrnas keçiriləcək.  

Almaniyanın Münster universitetinin İslam İlahiyyatı İnstitutunda keçiriləcək bu konfrans "Quran tarixi kontekstdə" mövzusunda olacaq.  

Konfransda Qurani-Kərimin qədim əlyazmaa nüsxələri, bu müqəddəs kitabın keçdiyi tarixi yolda müxtəlif metodlarla təfsir edilməsi, müasir dövrdə ənənəvi təfsir medotlarının tənqid edilməsi və yeni təfsir üslublarının yaranması, Quranın təfsirində nüzul edildiyi zaman və məkanın nəzərə alınması və ayələrin yeni zaman və məkana uyğun təfsir və tətbiq edilməsi, tarixin Quranın dərkində rolu və Quranın elmi təfsiri kimi məsələlər müzakirə ediləcəkdir.

https://iqna.ir/fa/news/3854995

Ad:
E-poçt:
* Comment: