IQNA

"İslamofobiya imperializm və sionizmdən qaynaqlanır"

23:51 - November 20, 2019
Xəbər sayı: 3486181
"İslamofobiya sionizmdən qaynaqlanır" – bunu İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) ilə müsahibəsində PressTV-nin Amerikalı müxbiri Mərziyyə Haşimi vurğulayıb.

"İslamofobiya sionizmdən qaynaqlanır" – bunu İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) ilə müsahibəsində PressTV-nin Amerikalı müxbiri Mərziyyə Haşimi vurğulayıb.

Tehranda keçirilən 33-cü beynəlxalq İslami vəhdət konfransında iştirak edən Amerikalı müxbir əlavə edib: Bu konfransda İslamın ən yaxşıları toplaşmışdılar ki, müsəlmanları birliyə təşviq etsinlər. Bu konfrans İslam ümmətinin idelologiyasının təbliği və ümmətin vəhdəti üçün çox təsirli rola malikdir.  

PressTV-nin Amerikalı müxbiri Mərziyyə Haşimi qərb ölkələrində artmaqda olan İslamofobiya barədə vurğuladı: 11 Sentyabr hadisəsindən sonra müsəlmanlar terrorçuluqda ittiham olunmağa başladı. Fikrimcə İslamofobiya sionizm və imperialist dövlətlərin siyasətindən qaynaqlanır. Onlar istəyirlər ki, müsəlman ümməti arasında təfriqə salaraq İslamı məhv etsinlər.

O deyib: 11 Sentyabr hadisəsindən sonra Əfqanıstan və İraqda baş verənlərin ardınca qərbdə İslamofobiyanı başlatdılar. Onlar terrorizm əleyhinə mübarizə bəhanəsi ilə dünyada İslamı ortadan götürmək istəyirlər. İslamofobiyadan da millətləri müsəlmanlara qarşı bədbin etmək üçün istifadə edilər.

Mərziyyə Haşimi İslamofobiyanın qərbdə yayılmasında radikal təkfirçilərin də rolunun olmasına işarə edərək dedi: Hər bir dində radikal mütəəssib və təkfirçilər var. Müsəlmanlar arasında da İŞİD kimi terrorçu qruplar İslam adından istifadə edir, amma İslama zidd addımlar atırlar. Və bu çox təhlükəlidir.  

PressTV-nin Amerikalı müxbiri vurğuladı: Səudiyyə Ərəbistanı təhlükəli ünsürləri dəstəkləyir. Ərəbistanla ABŞ-ın birliyi də göstərir ki, pərdə arxasında radikal qrupları idarə edənlər bunlardır.  

https://iqna.ir/fa/news/3857642

Teqlər: islamofobiya ، sionizm ، iqna ، avropa ، qərb
captcha