IQNA

12:52 - November 23, 2019
Xəbər sayı: 3486195
"Müsəlmanların vəhdəti üçün Qüds, Əqsa məscidi və Fələstin məsələləri diqqət mərkəzində saxlanılmalıdır. Çünki Qüdsi-şərif bütün müsəlmanların mütşərək dəyəridir və hamının etiqadi məsələsidir."

Tehranda keçirilən 33-cü Beynəlxalq İslami Vəhdət Konfransının qonağı Küveytin "Cəfəri Vəqfi"nin Məsləhət Komitəsi üzvü və Küveyt dövlətinin parlament məsələləri üzrə sabiq naziri Əbdülhadi Əbdülhəmid Saleh İQNA ilə müsahibəsində cəhalət və nadanlığının İslam dünyasında yaranmış problemlərin bir çoxunun əsas amili olduğunu vurğulayaraq dedi: "İslami məzhəblərin yaxınlaşması (təqrib və vəhdət) bir məzhəbin digər məzhəbə qələbəsi mənasına deyil. Bu (vəhdətin hansısa məzhəbi ortadan götürəcəyinə inanmaq) insafsızcasına və yanlış bir gümandır. Bunu müsəlmanlara qarşı kinəsi olanlar, cahillər və kor təəssübçilər cəmiyyətdə yayırlar".

O əlavə etdi: Təqrib və vəhdətin mənası müştərək dəyərləri gücləndirmək və ön plana çəkmək, ixtilaflı məsələləri isə haşiyəyə aparmaq deməkdir. Başqa sözlə desək məzhəblərin yaxınlaşdırılması müxtəlif məzhəblərin davamçılarının bir-birinə yaxınlaşması və məsələlərin dialoq yolu ilə həll edilməsidir.

O, İslam ümmətinin vəhdəti yolunda olan maneələrdən danışaraq vurğuladı: İslam dünyasında yaranmış problemlərin bir çoxunun əsas amili cəhalət, nadanlığın geniş yayılması və agahlığın olmamasıdır. Cəhalət və nadanlıq İslami məzhəblərin davamçıları arasında böyük boşluqların və ixtilafların əmələ gəlməsinə bais olub. Dünya imperialistləri də bu boşluqdan sui-istifadə edir və millətlər və məzhəblər arasında təfriqə salırlar.

O dedi: Cəhalətdən yaranmış təkfirçi və radikal qruplar da İslam dünyasının əsas problemlərindən birincə çevirilib və ümmətin vəhdətinə mane olan amillərdəndir. Düşmənlər onların vasitəsi ilə müsəlmanlar arasında yalan və yanlış fikirləri yayırlar.

Küveytin "Cəfəri Vəqfi"nin Məsləhət Komitəsi üzvü radikal və təkfirçi qrupların fitnəçi düşmənlərin əli ilə müsəlmanlar arasında yaradılmasına işarə edərək dedi: Təəssüflər olsun ki, müsəlman ölkələrində baş alıb gedən yoxsulluq və siyasi diktatorluq müsəlman cavanların psixoloji zəifliyinə və radikal, təkfirçi və terrorçu qruplaşmalara qoşulmasına səbəb olur. Cavanların bu qruplaşmalarda nadan və mütəəssib rəhbərlərin əlinə düşməsi son illərdə İslam ümmətinə sarsıdıcı zərbələr vurub.

Tehranda keçirilən 33-cü Beynəlxalq İslami Vəhdət Konfransının qonağı Küveytin "Cəfəri Vəqfi"nin Məsləhət Komitəsi üzvü və Küveyt dövlətinin parlament məsələləri üzrə sabiq naziri Əbdülhadi Əbdülhəmid Saleh söhbətinin davamında İslam ümmətində vəhdətin yaradılması üçün çarə yollarına da işarə edərək dedi: İslami məzhəblərin rəhbərləri arasında dialoqların keçirilməsi, təqrib və vəhdəti təbliğ edən kanalların təsis edilməsi, sosial şəbəkələr və saytların yaradılması, iclaslar və konfransların keçirilməsi İsalm dünyasında məzhəblərin yaxınlaşmasında təsirli rol ifa edə biləcək.

O əlavə etdi: Müsəlmanların vəhdəti üçün Qüds, Əqsa məscidi və Fələstin məsələləri diqqət mərkəzində saxlanılmalıdır. Çünki Qüds bütün müsəlmanların mütşərək dəyəridir və hamının etiqadi məsələsidir. Bu şəhərinin müqəddəsliyinin qorunub saxlanılması müsəlmanların birliyi üçün başlanğıc nöqtədir. Habelə Fələstinin sionistlərin caynağından xilas edilməsi bütün müsəlmanların arzusudur. Bu arzu isə bütün müsəlmanların vəhdəti və birliyi ilə reallaşa bilər.     

https://iqna.ir/fa/news/3857873

Ad:
E-poçt:
* Comment: