IQNA

23:44 - November 27, 2019
Xəbər sayı: 3486220
Fələstinin Nablos şəhərinin şərqində yaşayan sionist yəhudilər öz dini ayinlərinin icrası bəhanəsi ilə Həzrət Yusif peyəğəmbərin (s) məqbərəsinə hücum ediblər.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, bu gün, həftənin üçüncü günü, 27 Noyabr 2019-cu il, Fələstinin Nablos şəhərinin şərqində yaşayan sionist yəhudilər öz dini ayinlərinin icrası bəhanəsi ilə Həzrət Yusif peyəğəmbərin (s) məqbərəsinə hücum ediblər.

Sionistlərin Yusif peyğəmbərin (s) məqbərəsinə hücum yürüşündə 1400 nəfər qəsəbə sakini iştirak edib.

Qərb sahillərind baş verən bu cinayətdə qondarma israil rejiminin təhsil naziri, qəsəbə sakinləri şurasının rəisi və bir neçə xaxam da iştirak edib. Onları silahlı qüvvələrin əsgərləri və hərbi texnika müşayət edib.  

Buna etiraz edən Fələstinli müsəlmanlar Həzrət Yusif peyğəmbərin (s) məqbərəsi yanında sionist rejimin silahlıları ilə qarşı-qarışa gəliblər. Yəhudilər güllə və gözyaşardıcı qazlardan istifadə ediblər. Qarşıdurmada yaralananlar olub.

https://iqna.ir/fa/news/3860160

Teqlər: Yusif nəbi ، Nablos ، iqna ، məqbərə
Ad:
E-poçt:
* Comment: