IQNA

21:39 - December 08, 2019
Xəbər sayı: 3486280
Sosial şəbəkədə yayılan videoda məktəbli müsəlman qıza iki radikal irqçinin, bir kişi və bir qadın, hücum etdiyi görüntülənib. Hadisə İngiltərənin şimalında avtobusda baş verib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İngiltərədə məktəbli müsəlman qıza hücum edən kişi və qadın həbs edilib.

Sosial şəbəkədə yayılan videoda məktəbli müsəlman qıza iki radikal irqçinin, bir kişi və bir qadın, hücum etdiyi görüntülənib. Hadisə İngiltərənin şimalında avtobusda baş verib.

Videoda məktəbli müsəlman qızın avtobusda yerə yıxıldığı və irqçi qadının onu təpiklədiyi müşahidə edilir. Videoda qızı müsəlmanlar əleyhinə sözlərlə təhqir edən bir kişi də görünür.

Video sosial şəbəkələrdə yayıldıqdan sonra polis cinayətkarları həbs edib. Müsəlman qızın dərs oxuduğu Silverdale məktəbi hadisədən xəbərdar olduğunu, şagirdini  və ailəsini dəstəklədiyini elan edib.

https://iqna.ir/fa/news/3862477

Ad:
E-poçt:
* Comment: