IQNA

16:36 - December 17, 2019
Xəbər sayı: 3486324
Kərbəla polis idarəsinin komandiri bəyanat verərək, etirazçıların sırasına girmiş qiyamçı və təhrikçilərin İmam Hüseyn (ə) hərəminin zəvvararı üçün nəzərdə tutulmuş çadırları atəşə tutduğunu bildirib.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, bazar ertəsi axşam, Kərbəla şəhərindəki polis idarəsinin komandiri bəyanat verərək, etirazçıların sırasına girmiş qiyamçı və təhrikçilərin İmam Hüseyn (ə) hərəminin zəvvararı üçün nəzərdə tutulmuş çadırları atəşə tutduğunu bildirib.
 
Kərbəla şəhər polis idarəsinin komandiri açıqlamasında bildirmişdir: "Etirazçıların sırasına daxil olmuş qiyam təhrikçiləri bankların, hökumət binalarının, ictimai və şəxsi mülklərin, o cümlədən İraq vətəndaşlarının şəxsi maşınlarına ziyan vurub. Bazar ertəsi, axşam saatlarında iğtişaşçılar İmam Hüseyn (ə) hərəminin minlərlə zəvvarını qəbul edən çadırlara od vurub”. İctimai asayişi pozanlar, etirazlar üçün ayrılmış ərazini pozaraq, şəhər ətrafında vətəndaşların hərəkətini məhdudlaşdırmaq üçün şəhərdəki yolları bağlamağa çalışıb, bu da şəhərdə həyacan, qarşıdurma və iğtişaşlar yaratmağa cəht olunduğunu bir daha sübut edir.
 
Kərbəla şəhər polis idarəsinin rəisi, şəhər sakinlərinə, dinc aksiya iştirakçılarına, nüfuzlu yaşlı insanlara müraciət edərək, iğtişaşçılara qarşı mübarizədə hüquq-mühafizə orqanları qüvvələri ilə tərəfdar olmağa səsləyib. İraqın bəzi əyaləti son həftələrdə, xidmət sahəsində xoşagəlməz vəziyyətə, işsizlik və inzibati korrupsiyaya qarşı edlən etiraz aksiyalarını muşahidə edib, lakin son günlər edilən xarici müdaxilələrin təsiri altında dinc aksiyalar iğtişaşlara çevrilib. Nəticədə onlarla insan xəsarət alaraq dünyasını dəyişib. Faktlar göstərir ki, İraqdakı başlamış etirazlar bilərəkdən təhrik edilir və xarici müdaxilə burada açıq şəkildə müşahidə olunur. 
Teqlər: Kərbəla ، iğtişaş ، mukib ، İQNA
Ad:
E-poçt:
* Comment: