IQNA

22:49 - December 30, 2019
Xəbər sayı: 3486388
Mansi şəhərinin Yəhudilər Şurasının ümumi əlaqələr şöbəsi hadisədə yaralananlar xəstəxanaya yerləşdiriliblər. Yaralananların ikisinin vəziyyəti ağırdır. Onlardan birinə altı bıçaq yarası vurulub.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Amerikanın Nyu-York şəhərinin 45 km-də yerləşən Mansi şəhərində yəhudi xaxamın evinə soyuq silahla hücum edilib.

Keçən həftənin Şənbə günü (28 Dekabr 2019) baş verən hadisədə üzü niqablı anonim şəxs bıçaqla yəhudinin evində beş nəfəri yaralayaraq qaçıb.

Mansi şəhərinin Yəhudilər Şurasının ümumi əlaqələr şöbəsi hadisədə yaralananlar xəstəxanaya yerləşdiriliblər. Yaralananların ikisinin vəziyyəti ağırdır. Onlardan birinə altı bıçaq yarası vurulub.

Nyu-York şəhərinin prokuroru Mansi şəhərində baş verən hadisə ilə bağlı təəssüfünü bildirərək sosial şəbəkə hesabında yazıb: İrçqilik zəminində nifrət yayılması kimi addımlara yol vermək və bu barədə heç kimi bağışlamaq olmaz.  

Yerli polis qüvvələri radikal yəhudilərin yaşadığı küçədə hadisəni törədinin axtarışına başlayıb. Həmçinin polis tərəfindən hadisənin törədilməsi səbəbləri barədə hər hansısa bir açılama verilməyib.    

https://iqna.ir/fa/news/3867276

Ad:
E-poçt:
* Comment: