IQNA

Ayətullah Xamenei: "Gecə ABŞ-a şillə vuruldu, amma bu hələ qisas deyil"

12:29 - January 08, 2020
Xəbər sayı: 3486458
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Üzma Xamenei: "Gecə Amerikaya bir şillə vuruldu. Amma bu hələ qisas deyil. Əsas qisa Amerikanın regiondan tamamilə çıxarıldığında olacaq".

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə,  İslam İnqilabının Ali Rəhbər Həzrət Ayətullah Üzma Seyid Əli  Xamenei cənabları bu gün (8 Yanvar 2020) Qum şəhəri əhalisinin 1978-ci ildə Yanvar ayının 9-da Pəhləvi rejiminə qarşı tarixi qiyamının ildönümü münasibətilə Qum şəhərindən olan müxtəlif təbəqələrin nümayəndələri ilə görüşüb.

Bu, Ayətullah Xameneinin general Qasim Süleymaninin şəhid olmasından və bu gecə ABŞ-a endirilmiş raket zərbələrindən sonra ilk çıxışıdır.

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Üzma Xamenei bu gün şəhid Qasim Süleymaninin terror ilə bağlı çıxışında dedi: "Gecə Amerikaya bir şillə vuruldu. Amma bu hələ qisas deyil. Əsas qisa Amerikanın regiondan tamamilə çıxarıldığında olacaq".

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Üzma Xamenei bu görüşdə şəhid Qasim Süleymaninin terror ilə bağlı danışaraq dedi: "Gecə Amerikaya bir şillə vuruldu. Amma bu hələ qisas deyil. Əsas qisa Amerikanın regiondan tamamilə çıxarıldığında olacaq".

Çıxışının davamında şəhid Qasim Süleymanidən danışan Ayətullah Xamenei bildirib ki, Şəhid Süleymani həm qorxmaz idi və həm də tədbirli idi. 

“Bəzilərinin qorxmazlığı və şücaəti var, lakin tədbirli deyillər, lazım ağıla sahibi deyillər,  bəzilərində həm ağıl var və həmdə tədbir, lakin əməldə iş görən deyillər.  Şəhid Süleymani isə təhlükənin içinə girirdi”.

Ayətullah Xamenei Şəhid Süleymanin gördüyü işlərinin arxasında məntiq olduğunu bildirib və deyib ki,  şəhid Süleymaninin şücaət və tədbiri yalnız hərbi sahədə deyil, həmdə siyasət sahəsində tədbirli və şücaətli idi.

O əlavə edib: “Bu gün hər kəs bizim əziz, dəyərli və səadətli şəhidimiz Qasim Süleymani barədə danışır. O, həm cəsur, həm də səriştəli idi. O hər bir davranışını nəzərdən keçirirdi. Onun həm də siyasi arenada cəsarəti və iradəsi var idi. Onun nitqi hər zaman təsirli və təəccüblü olurdu. Hər şeydən öncə o, səmimi idi. O mərdliyindən yalnız Allah üçün istifadə edirdi və İlahi təqvaya riayət edirdi. Hərbi sahədə də İlahi şəriəti nəzərində saxlayırdı. Bəziləri döyüş meydanında şəriəti unudurlar, lakin o diqqətli idi. Harada ki, silah istifadəsinə ehtiyac olmazdı, o, silahdan istifadə etməzdi. Özünü təhlükəyə atar, amma hər bir əsgərinin təhlükəsizliyini təmin edərdi. Daxili məsələlərdə o heç bir partiyanı, heç bir fraksiyanı təmsil etmirdi, o sadəcə inqilabçı idi. İnqilabın keşiyi onun qırmızı xətləri idi. İman və inqilabın dəyərlərinə həmişə sadiq oldu”.

Ayətullah Xamenei vurğulayıb: Bəzi dostlar bilməyə bilər, amma düşmənlər çox yaxşı bilirdilər ki, o, ABŞ-ın Qərbi Asiyada bütün məkrli planlarını alt-üst etmək üçün region ölkələrinə kömək edirdi. Amerikanın Fələstinlə bağlı planı bu idi ki, onları elə bir zəif vəziyyətdə saxlasın ki, müqavimət göstərə bilməsinlər. Lakin, Qasim Süleymani fələstinliləri təmin edirdi. Bu, onları müqavimətdə bacarıqlı etdi, fələstinli qardaşlarımız dəfələrlə buna şahidlik ediblər.

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Üzma Xamenei bildirib ki, rəsmi şəxslərlə görüşlərdə Hacı Qasim bir küncdə oturardı ki, çox görünməsin. Biz onu həmin şəxslərin arasından tapmalı olurduq.

Onun səyləri sayəsində ABŞ-ın Suriyada, İraqda, Livanda planları alt-üst oldu. ABŞ Livanı Hizbullahdan məhrum etmək istəyirdi, lakin Hizbullah daha da gücləndi.

Bu gün Livanın vuran əli Hizbullahdır və şəhid Süleymaninin bu ölkədə xidmətləri fövqəladədir. Şəhid Qasim Süleymani, onun regiondakı dostları, şəhid Əbu Mehdi Mühəndis böyük işlər gördülər.

O gördüyü işləri fəxrlə danışmazdı. Lakin, mən bu gün and içirəm ki, o möhtəşəm işlər görüb. Onun şəhadəti dünyada  bir inqilaba yol açdı. Bəziləri belə təəssürat yaratmaq istəyirdilər ki, inqilab sona çatıb. Lakin, inqilab diridir. Siz Tehrada və digər şəhərlərdə dəfn mərasimləri zamanı nə baş verdiyini gördünüz. Mən, əziz Kermanlı qardaşlarımız üçün vida mərasimində baş verən hadisəyə görə dərin hüzn keçirirəm. Kermanlıların yaratdığı bu mənzərə düşmənlərin gözlərinə kül tökdü. Düşmənlər böyük İran xalqı qarşısında özlərini aşağılanmış gördülər.

Bizim borcumuz nədir? Qisasın vacib bir mərhələsi həyata keçirildi, biz onalara böyük bir sillə vurduq. Lakin, bu hərbi əməliyyatlar kifayət deyil. Əsl qisas  isə ABŞ-ın regionda varlığının sonudur."

Ayətullah Xamenei deyib ki, düşmən ABŞ, sionist rejim və dünyanın talançı şirkətlər toplusudur. Onların planı budur ki,  gənclərimizi və xalqımızın iradəsini zəiflətsin və qırılmaz iradələrində şübhə oyatsınlar. Müzakirə etmək və masa arxasında əyləşmək ABŞ-ın müdaxiləsinin müqəddiməsidir. 

“Bəziləri düşünə bilər ki, bir addım geri çəkilsək  ABŞ  düşmənçilikdən əl çəkəcək. Lakin bu ötəri, mövsümi deyil, daimi və amansız düşmənçilikdir. Çünki zatidir.”

O,  ABŞ-ın hərbi bazalarının vurulmasına münasibət bildirərək qeyd edib ki, qisasın vacib bir mərhələsi həyata keçirildi. “Biz onalara böyük bir sillə vurduq. Lakin, bu hərbi əməliyyatlar kifayət deyil. Əsl qisas ABŞ-ın regionda varlığının sonudur."
Ayətullah Xamenei bildirib ki, düşmənin planını anlamaq,  onun müqabilində isə  əsas məsələlərə diqqət etmək lazımdır.
“Şəhid Qasim Süleymaninin və digər şəhidlərin tabutu altında qurulmuş vəhdət  qorunmalıdır. İnsanları inqilab dəyərlərinə verdiyi qiymət birləşdirməlidir. Siyasi, iqtisadi, hərbi, təhlükəsizlik məsələlərimizi gücləndirməliyik. Bəziləri deyir ki,  siz ABŞ-ı qəzəbləndirəcək iş görməyin. Çox yanlış düşüncədir ki, Amerika nə zamansa təslim olacaq. Gənclərin elm, cihad, xidmət və orduda olması düşməni qəzəbləndirir.”
Ali Rəhbər İran Parlementinin "Ağır intiqam" adlı son qərarı, o cümlədən İraq hökumətinin  ABŞ hərbiçilərinin ölkədən çıxarılması ilə bağlı qərarı təqdirəlayiqdir adlandırıb.

https://iqna.ir/fa/news/3870172

captcha