IQNA

Şəhid Əbu Mehdi Mühəndisin cənazəsi bu gün dəfn edildi

12:36 - January 08, 2020
Xəbər sayı: 3486459
İraqın Həşduş-Şəəbi Təşkilatının (Xalq Könüllüləri Təşkilatı) silahlı güclərinin qərargah rəisinin müavini şəhid Əbu Mehdi Mühəndisin cənazəsi bu gün Vadis-Səlam qəbiristanlığında dəfn edildi.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İran İslam Respublikasının İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds briqadasının komandiri şəhid General-Leytenant Qasim Süleymani ilə birgə İraqın Həşduş-Şəəbi Təşkilatının (Xalq Könüllüləri Təşkilatı) silahlı güclərinin qərargah rəisinin müavini Əbu Mehdi Mühəndis də şəhid edilmişdi.  

Yanvar ayının 3-də (2020) Bağdadın hava limanında Amerika PUA-sı ilə həyata keçirilən terrorda şəhid olan Qasim Süleymani, Əbu Mehdi Mühəndis və digər şəhidlərin cənazələri parçalanaraq bir-birinə qarışdığı üçün İraqlı şəhid Tehrana DNK analizi üçün gətirilmişdi.

Əbu Mehdi Mühəndis dünən (7 Yanvar 2020) Tehranda cənazəsinin tanınması üçün aparılan DNK analizindən sonra İraqın Bəsrə şəhərinə yola salınıb.

Bəsrə şəhərinin “Teyran” meydanında şəhidlə izdihamlı vida mərasimi keçirildikdən sonra şəhidin cənazəsi müqəddəs Nəcəf şəhərinə göndərilib.

Şəhidin cənazəsi bu gün (8 Yanvar 2020) Nəcəf Əşrəf şəhərinin Vadis-Səlam qəbiristanlığında dəfn edildi.

 

captcha