İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Müsəlmanların Ali Dini Lideri və İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei cənabları 14 il gecə namazı qıldığı əbasını Şəhid General-Leytenant Qasim Süleymaniyə hədiyyə edib.
İran İslam İnqilabı Keşikçiləri Korpusunn Qüds briqadasının komandiri Şəhid General-Leytenant Qasim Süleymani həmin əba ilə kəfən edilib.
Bu barədə “İslam Hökumətinin Məsləhəti Şurası”nın üzvi Məhəmmədbariq Qalibaf öz sosial şəbəkəsində məlumat yayıb.
Bundan əlavə İran İslam İnqilabı Keşikçiləri Korpusunn Qüds briqadasının komandiri Şəhid General-Leytenant Qasim Süleymaninin dəfn mərasimində iştirak edən Suriyalı heyət ona Həzrət Zeynəb (s) hərəminin bayrağını da hədiyyə ediblər.
Qeyd edək ki, bundan öncə də İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei cənabları öz gecə namazı əbasını kəfən edilməsi üçün Şəhid Əhməd Kazimiyə hədiyyə etmişdi.
https://iqna.ir/fa/news/3869987