IQNA

Əhli-Sünnə məzhəbinin milli Quran yarışları keçiriləcək

12:09 - January 13, 2020
Xəbər sayı: 3486488
İran İslam Respublikasının Fars Körfəzi ərazisində yaşayan və müxtəlif tayfalardan olan əhli-sünnə məzhəbinin tələbə və ruhaniləri arasında milli Qurani-Kərim yarışları keçiriləcək.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İran İslam Respublikasının Fars Körfəzi ərazisində yaşayan əhli-sünnə məzhəbindən olan tayfaların milli Qurani-Kərim yarışları keçiriləcək.

Bu barədə Regionlarda Vəliyyi-Fəqih Nümayəndələri Şurasının Mədəni İşlər Üzrə müavini Mehdi Səfiyari ötən gün, 12 Yanvar 2020-ci il, mətbuat konfransında xəbər verib.

Bu yarışlar İran İslam Respublikasının regionlar üzrə Vəliyyi-Fəqih Nümayəndələri Şurasının Mədəni İşlər Üzrə Katibliyinin təşəbbüsü ilə Əhli-Sünnə məzhəbindən olan tələbə və ruhanilər arasında keçirilir.

Sayca 7-ci olan bu yarışların hədəfi Quran maarifi və mədəniyyətini cavanlar, cəmiyyət, ruhani və tələbələr arasında dərinləşdirmək və geniş yaymaq, habelə Qurani-Kərimin bərəkəti sayəsində tayfalar və məzhəblər arasında mütşərək dini dəyərləri və həmçinin milli və dini vəhdəti qorumaqdır.

Regionlarda Vəliyyi-Fəqih Nümayəndələri Şurasının Mədəni İşlər Üzrə müavini Mehdi Səfiyari deyib: Parlaq Qurani istedadların tanınması, cəmiyyətə tanıdılması, cavanaların mənəvi və əqidəvi ruhiyyəsinin yüksəldilməsi, Qurani-Kərimin ailələrin yaşam tərzinə çevirilməsi və Quran aktivistlərinin öz fəaliyyətləri yolunda inkişaf etdirmək bu yarışların digər hədəfləridir.

Səfiyari əlavə edib: Bu Quran yarışları Qurani-Kərimin hifzi, təhqiq və tərtil ilə peşəkar tilavəti, tərcüməsi, təfsiri, Qurani məfhumların dərki və Qurani araşdırmalar üzrə üç mərhələdə (müqəddimə, yarımfinal və final) keçiriləcəkdir.  

Yanvar ayının axırınadək keçiriləcək bu yarışların final mərhələsi Fevral ayının sonlarında Qərbi Azərbaycanın Urmiyə şəhərində təşkil ediləcəkdir.  

https://khalijefars.iqna.ir/fa/news/3870934

captcha