IQNA

22:52 - January 15, 2020
Xəbər sayı: 3486504
Malaziyanın Saravak vilayətində dini şəxsiyyətlərin və rəsmilərin iştirakı ilə "Malaziya 60-cı milli Quran hifzi və qiraəti yarışları"nın açılış mərasimi keçirib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Malaziyanın Saravak vilayətində dini şəxsiyyətlərin və rəsmilərin iştirakı ilə "Malaziya 60-cı milli Quran hifzi və qiraəti yarışları"nın açılış mərasimi keçirib.

Yarışların hədəfi İslam Şurası, Dini İşlər İdarəsi və yerlərdəki əyalət rəsmilərinin həmkarlığı ilə müsəlman cəmiyyətini Quran təlimləri əsasında formalaşdırmaq və bir toplum olaraq gücləndirməkdir.

Malaziyanın Saravak vilayətinin baş naziri açılış mərasimində deyib: Bütün müsəlmanlar Quran maarifi və təlimlərini dərk etməlidir. Bu kimi proqramlar cəmiyyətin Quran təlimlərini öyrənməsinə kömək edir. Müxtəlif irq və tayfalardan olan bir cəmiyyətin vəhdətini gücləndirir. Buna görə də bu mərasimə hətta cəmiyyətin qeyri-müsəlmanları da dəvətlidirlər.

Qeyd edək ki, Malaziyanın Saravak vilayətində xristianların sayı müsəlmanlardan çoxdur. Bu vilayətin 32 faiz cəmiyyəti müsəlman, 42 faizi xristian və qalanı digər dinlərdəndirlər.

https://iqna.ir/fa/news/3871772

Teqlər: Quran ، İQNA ، Malaziya ، Saravak ، hifz ، qiraət
Ad:
E-poçt:
* Comment: