İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, son aylar ərzində İraqın müxtəlif şəhərlərində baş verən etiraz aksiyaları sakitləşmişdi.
Son həftə ərzində Bağdadda sabitliyi pozan və təxribatçılıqla məşğul olan iğtişaşçılar da sakitləşmidilər. Dünən (20 Yanvar 2020) axşam saatlarında isə Bağdadda vəziyyət yenidən qarışıb.
Bağdadın bəzi rayonlarında iğtişaşçılar təhlükəsizlik qüvvələrinə hücum ediblər. Etirazçılar ilə təhlükəsizlik qüvvələri arasında silahlı qarşıdurma da baş verib. Qarşıdurmada yüzdən çox etirazçı və təhlükəsizlik qüvvəsi yaralanıb.
İraqın Həşduş-Şəəbi Təşkilatının komandirləri isə sərhəd rayonların və Kərbəla şəhərinin təhlükəsizliyinin qorunması barədə iclas keçiriblər.
Bu iclasda Kərbəla şəhərində son həftələrdə baş verən iğtişaşlar və Mehran şəhəri istiqamətində yolların bağlanması müzakirə edilib.
Dünən, həftənin Bazar ertəsi günü, iğtişaşçılar İraqdan Mehran istiqamətinə gedən yolda təkər yandıraraq İran sərhədinə gedən yolu bağlayıblar.