IQNA

22:22 - January 26, 2020
Xəbər sayı: 3486561
Amerikanın "Milwaukee" şəhərinin hicablı müsəlman basketbolçu xanımlar komandası indiyədək oyun meydanlarında qazandıqları uğurlara və peşəkarlıqlarına görə bütün ölkədə məşhurdurlar.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Amerikanın "Milwaukee" şəhərinin hicablı müsəlman basketbolçu xanımlar komandası indiyədək oyun meydanlarında qazandıqları uğurlara və peşəkarlıqlarına görə bütün ölkədə məşhurdurlar.

Hicablı qızlar komandasının üzvləri Amerikanın Viskonsin (Wisconsin) vilayətinin Milvauki şəhərinin İslami "Salam" məktəbinin şagirdləridir. Onlar bütün oyunlarda kamil hicabla meydana çıxırlar.

Bu məktəbin 11-ci sinif şagirdi Əsra Süləym deyir: Çoxları bizə təəccüb və heyranlıqla tamaşa edirlər. Biz onlara hicablı xanımlar barədə yanlış fikirdə olduqlarını və hicabla da cəmiyyətdə yaşamaq və uğur qazanmağın mümkünlüyünü göstərdik. Bu geyim bizi vahid bir komanda edib.

Komandanın oyunçuları cəmiyyətdə hicablı xanımlar barədə yaranmış yanlış təsəvvürləri məhv etdiklərini və insanlara hicablı xanımlar barədə xoş hislər yaratdıqlarına inanırlar və az bir müddətdə hamının sevimlisi olmaları onları xoşhal edir.

Hicablı basketbolçu xanımlar komandası insanlara idman vasitəsi ilə İslam mədəniyyətini tanıtdırırlar və müsəlman xanımların da bu barədə xüsusi mədəniyyət və sevgiləri olduğunu göstərirlər.

https://iqna.ir/fa/news/3874330

Teqlər: İQNA ، hicab ، basketbol
Ad:
E-poçt:
* Comment: