IQNA

23:30 - January 26, 2020
Xəbər sayı: 3486564
Bu gün, həftənin bazar günü, (26 Yanvar 2020) axşam saatlarında İraqın paytaxtı Bağdad şəhərinin "yaşıl region"u raket hücumuna məruz qalıb. Regiona katyuşa ilə üç raket zərbəsi endirilib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, bu gün, həftənin bazar günü, (26 Yanvar 2020) axşam saatlarında İraqın paytaxtı Bağdad şəhərinin "yaşıl region"u raket hücumuna məruz qalıb.

İraqın təhlükəsizlik qüvvələrinin xəbər qaynaqlarına əsasən, "yaşıl region"a katyuşa ilə 3 raket atılıb.

Bu raket hücumu zamanı "yaşıl region"da baş vermiş maddi və insani zərət və ziyanların miqdarı barədə məlumat verilməyib.

Qeyd edək ki, Bağdadın "yaşıl region"u Kərəx rayonunda 10 kvadrat kilometrlik bir ərazidir. Bu ərazidə dövlət idarələri, Amerika və İngiltərə səfirlikləri və koalisiya qüvvələrinin qərargahları yerləşir.

Bütün ətrafı beton divarlarla əhatə edilmiş və zirehli texnika ilə ciddi qorunan bu regiona vaxtaşırı raket hücumları edilir.

https://iqna.ir/fa/news/3874416

 

Teqlər: iraq ، bağdad ، katyuşa ، İQNA ، yaşıl region
Ad:
E-poçt:
* Comment: