IQNA

Suriya qoşunları Xan Tuman şəhərini azad etdi

22:28 - January 29, 2020
Xəbər sayı: 3486581
Suriya silahlı qüvvələri keçən həftə ərzində Hələbdən Hümata gedən beynəlxalq şossenin kontrolunu ələ keçirmək üçün İdlib və Hələb vilayətini terrorçulardan təmizləmə əməliyyatları keçirir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Suriya qoşunları Hələb şəhərinin cənubunda yerləşən Xan Tuman şəhərini "Cəbhətun-Nüsrə" terrorçularından azad etdi.

Suriya qoşunları və müttəfiq qüvvələr İdlib vilayətinin Xan Tuman şəhərinin azadlığı uğurunda "Cəbhətun-Nüsrə" terrorçularına qarşı ağır əməliyyat keçiriblər.  

Suriya silahlı qüvvələri qərargahının verdiyi bəyanatda İdlib vilayətinin cənubunda 30-dan çox şəhər və kəndin terrorçulardan azad edildiyi bildirilir.

Suriya silahlı qüvvələri keçən həftə ərzində Hələbdən Hümata gedən beynəlxalq şossenin kontrolunu ələ keçirmək üçün İdlib və Hələb vilayətini terrorçulardan təmizləmə əməliyyatları keçirir.

Xan Tuman şəhəri Hələbin 40 km-liyində yerləşir və Hələbin qərb darvazası hesab edilir.

https://iqna.ir/fa/news/3875163

Teqlər: suriya ، iqna ، Xan Tuman
captcha