İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, ötən gün, 30 Yanvar 2020-ci il, işğalçı sionist rejimi Fələstinin Qəzza zolağının cənubunda yerləşən Rəfəh şəhərində bəzi mövqeləri bombalayıb.
Terrorist İsrail rejiminin qırıcı təyyarələri Rəfəh şəhərinin şərqində əkin sahələrini bir neçə hücumda hədəfə aləb.
Fələstinin səhiyyə nazirliyi bu hücumlarda insan tələfatı barədə məlumat yaymayıb.
Terrorist sionist rejimi də bu hava hücumu barədə ətraflı məlumat verməyib.
Bundan əlavə dünən səhər saatlarında Qəzza zolağının cənubundakı Xan Yunus rayonuna da hücum edilib.
Bu hücumda əsasən HƏMAS hərəkatının hərbi qolu olan "İzzəddin əl-Qəssam" briqadalarının mövqelərinin hədəfə alınıb. Ölən və ya yaralananlar barəsində məlumat verilmir.