IQNA

8:16 - February 01, 2020
Xəbər sayı: 3486605
İngiltərənin milli məclisinin 133 nümayəndəsi ölkənin baş naziri Baris Cansondan "əsrin müqaviləsi" layihəsinə qarşı gəlməsini tələb etdilər.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İngiltərənin milli məclisinin 133 nümayəndəsi ölkənin baş naziri Baris Cansondan "əsrin müqaviləsi" layihəsinə qarşı gəlməsini tələb etdilər.

İngiltərənin milli məclisinin 133 nümayəndəsi ölkənin baş naziri Baris Canson məktub yazaraq ondan Amerikanın terrorist prezidenti Donald Trampın Fələstin xalqının milli hüquqları və beynəlxalq qanunları pozan "əsrin müqaviləsi" layihəsinə müxalifət etməsini istəyiblər.

Parlament üzvləri bildiriblər ki, "əsrin müqaviləsi" layihəsi müzakirələrə məntiqi bir yol saxlamayıb, Fələstin məsələsinin sülhlə həll edilməsinin qarşısını alır və beynəlxalq qanunları pozur.

Onlar məktubda bu müqavilənin Fələstinlilərin evlərinin İsrail tərəfindən dağıdıldığı, fələsinli ailələrin bu səsəbdən qaçqın düşdüyü və Qəzza sakinlərinin bütün sosial və tibbi xidmətlərdən məhrum qaldığı bir dönəmdə elan edilməsini pisləyiblər.

Parlament nümayəndələri Fələstin xalqının bütün problemlərinin, o cümlədən iqtisadi çətinlikdə olduqlarını, öz təbii sərvətlərindən istifadə edə bilməmələrini, İsrailin işğalçılığı ucbatından yarandığını bildiriblər.  

https://iqna.ir/fa/news/3875356

Ad:
E-poçt:
* Comment: