IQNA

12:47 - February 03, 2020
Xəbər sayı: 3486617
Minnesotanın Augsburg Universitetində keçiriləcək konfransda müxtəlif ölkələrdən olan alim və mütəfəkkirlər islamofobiya ilə mübarizə mövzusunda çıxış edəcəklər.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Amerikanın Minnesota əyalətində "islamofobiya ilə mübarizə" adlı beynəlxalq konfranı keçiriləcək.

Konfransa Amerikanın İslam Şurası (CAİR) evsahibliyi edəcək.

Minnesotanın Augsburg Universitetində keçiriləcək konfransda müxtəlif ölkələrdən olan alim və mütəfəkkirlər islamofobiya ilə mübarizə mövzusunda çıxış edəcəklər.

Mart ayının 17-də keçiriləcək konfransda Yeni Zelandiyanın Nur məscidinin irqçilərin hücumuna məruz qalmış camaat imamı Camal Fuda da çıxış edəcək.

Qeyd edək ki, Yeni Zelandiyanın "Christchurch" şəhər şurası keçən il məscidə edilən terror hücumu qurbanlarının milli anım mərasimi Mart ayının 15-də "North Hagley Park"da keçiriləcəyini elan edib.

https://iqna.ir/fa/news/3876095

 

Ad:
E-poçt:
* Comment: