IQNA

İsrailin məhv etməyə çalışdığı Osmanlı arxivləri - Qüdsün taleyi

23:03 - February 03, 2020
Xəbər sayı: 3486619
İsrailin “Yisrael Hume” qəzetində yazılan bir xəbərdə “Türkiyə, fələstinlilərə arxivi verərək, İsrail işğalını sübut etmələrinə kömək edir” deyə yazılıb.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "teleqraf"a istinadla verdiyi xəbərə görə, İsrail mediası Türkiyənin ötən il Fələstinə açdığı Osmanlı arxivlərinin ölkələrini narahat etdiyini gündəmə gətirərkən, fələstinli səlahiyyətlilər, arxivlərin İsrail işğalına qarşı ən güclü "silah" olduğunu vurğulayıb.

İsrail illərdir Fələstində torpaq qeydləri arxivlərini məhv etməyə çalışır. Türkiyə Osmanlı arxivlərindən həmin sənədlərin surətini çıxararaq ötən il Fələstinə verib. İsrailin “Yisrael Hume” qəzetində yazılan bir xəbərdə “Türkiyə, fələstinlilərə arxivi verərək, İsrail işğalını sübut etmələrinə kömək edir” deyə yazılıb. Arxivlərin açılması mövzusunu “Türkiyənin İsrailin məsələlərinə müdaxiləsinə bir artım” olaraq xarakterizə edən xəbər, fələstinlilərin, İsrailin Qüds və Qərb Şəriyədəki torpaq mülkiyyətinə etiraz etmək üçün Osmanlı arxivlərini istifadə etdiyinə diqqəti çəkib.

Fələstin İrsi və İslam Tədqiqatları Mərkəzinin (MİSAK) (Fələstin Dövlət Arxiv Təşkilatı) İdarəedici direktoru Halil er-Rıfai, açıqlamasında müxtəlif Türk qurumları ilə böyük əməkdaşlıq içində olduqlarını bildirib.

Rifai, Türkiyənin Osmanlı arxivlərini çıxarmasından duyduğu məmnuniyyəti dilə gətirib:

“Türkiyə bizə istədiyimiz hər şeyi axıcı bir şəkildə göndərir. Qüdsün Yəhudiləşməsi və həqiqətlərin təhrif edilməsinin qarşısını almaq üçün çalışırıq. İşğalçı dövlət İsrail həqiqəti dəyişdirə bilməz və Osmanlı arxivləri həqiqəti sübut edəcək ən böyük "silah"dır. İsrail qanuni bir iş görürsə, Osmanlı arxivlərindən qorxmaq lazım deyil. Osmanlı arxivləri Fələstin üçün həyati əhəmiyyət daşıyır”.

MİSAK rəhbəri Murad Əbu Sabah da bir çox Fələstin arxivinin İsrail işğalı və Fələstin köçü səbəbiylə itdiyini bildirib:

“İsrail Fələstin torpaqlarını yəhudilərə və yəhudi təşkilatlarına aid olduğunu iddia edərək ilhaq edir. Torpağın kimə məxsus olduğunu sübut etmək üçün Osmanlı arxivləri həyati əhəmiyyətə malikdir. Arxivlər Fələstin hakimiyyəti tərəfindən qorunur".

Sabah qeyd edib ki, sənədlər Osmanlı türkcəsində olduğuna görə, fələstinli mütəxəssislər tərəfindən tərcümə edilir.

captcha