IQNA

0:21 - February 17, 2020
Xəbər sayı: 3486702
Tehran (İQNA) – Sudan tarixdə ilk dəfə öz hava sərhədlərini qondarma İsrail rejiminin təyyarələri üçün açıb. Bu, Netanyahu və əl-Bürahının danışıqlarının nəticəsidir.

"AA"-nın verdiyi xəbərə görə, işğalçı sionist rejimi İsrailin baş naziri Binyamin Netanyahu və Sudanın müvəqqəti keçid dövləti şurasının rəisi Əbdülfəttah əl-Bürhanın Uqandadakı görüşündən (3 Fevral 2020) iki həftə sonra İsrail təyyarəsi Sudanın hava yollarından istifadə edib.

İsrailin Jet təyyarəsi (M-ABGG) cari həftənin əvvəlində Konqo respublikasının paytaxtı Kinşaz şəhərinə uçub və Sudanın hava yollarından istifadə edərək İsrailin "Ben Gurion" hava limanına geri dönüb.

İsrail koduna malik olmayan bu təyyarə cari həftənin birinci günü axşam saatlarında Süveyş kanalı, Eritreya, Efiopiya, Keniya və Uqanda hava yollarından keçən məsafəni yeddi saata qət edərək Konqoda eniş edib. İsrailə qayıdan təyyarə Mərkəzi Afrika Respublikası, Sudan və Misr hava yollarından istifadə edərək 7 saata getdiyi məsafəni 5 saat 30 dəqiqəyə qət edib.

https://iqna.ir/fa/news/3879192/

Ad:
E-poçt:
* Comment: