Tehran (IQNA) – İran İslam Respublikasının müqəddəs Qum şəhərində iki nəfər koronavirusa şübhəli bilinərək xəstəxanaya yerləşdirilib.

Şübhəli xəstələlər yaşlı və habelə nəfəs yollarında problemli olduqları üçün üzərlərindən aparılan analizlərin cavabı çıxmadan vəfat ediblər.
Ölümlərindən sona aparılan analizlərdən onların koronavirusa yoluxduqları aşkar edilib.
İran İslam Respublikasının səhiyyə nazirliyinin mətbuat xidməti xəbəri təsdiq edib.