IQNA

22:39 - February 21, 2020
Xəbər sayı: 3486726
Tehran (IQNA) -  İngiltərənin paytaxtı Londonun mərkəzində yerləşən məscidin imamı bıçaqlanıb. Polis imama hücum edən şəxsi həbs edib.

"News.sky" informasiya portalının məlumatına görə, ötən gün (20 Fevral 2020) “Regents Park” ərazisində yerləşən London mərkəzi məscidində məscidin azan verəni və imamı namaz zamanı bıçaqlanıb.

Hadisə şahidlərinin verdiyi xəbərə görə, imama hücum edən şəxs namaz zamanı onun arxasında oturub.

Daha sonra isə o, 70 yaşlarında olan imamın boyun nahiyəsindən bir neçə dəfə bıçaqlayıb.  

Polis imamın vəziyyətinin qənaətbəxş olduğunu və hadisənin terrorla əlaqədar olmadığını qeyd edib.

Məsciddə şahidlər tərəfindən çəkilən videoada ağdərili bir kişinin namaz qılan müsəlman hücum etdiyi göstərilib. Hücum edən şəxs Londonlu ləhcəsi ilə danışırmış.

3880185

 

 

 

Ad:
E-poçt:
* Comment: