IQNA

23:32 - February 24, 2020
Xəbər sayı: 3486748
Tehran (IQNA) -  Ərəbistanın Şiə Quran Birliklərinin təşəbbüsü ilə Qurani-Kərimin "təcvid"i ixtisası üzrə illik Quran qiraəti yarışlar keçiriləcək.

QAF informasiya portalının bu barədə yaydığı məlumata görə, Ərəbistanın Qətif vilayətinin "Səfva" şəhərinin Səfa Xeyriyyəçilik Cəmiyyətinin Qurani-Kərim mərkəzi elan edib:

Ərəbistanın Şiə Quran Birliklərinin təşəbbüsü ilə Qurani-Kərimin "təcvid"i ixtisası üzrə illik 18-ci Quran qiraəti yarışları üç yaş kateqoriyası ilə uşaqlar, yeniyetmələr və cavanlar arasında təşkil ediləcək.  

Bu yarışların ilkin mərhələsi Mart ayında Ehsa, Qətif vilayətlərində, Küveyt və Bəhreyndə müəyyən edilmiş zamanlarda keçiriləcək.

Ərəbistanın Şiə Quran Birliklərinin təşəbbüsü ilə Qurani-Kərimin "təcvid"i ixtisası üzrə illik Quran qiraəti yarışlarının final mərhələsi isə cari ilin Aprel ayının 16 və 17-də keçiriləcək.

Qeyd edək ki, bu yarışların keçirilməsində Küveytin "Ali Yasin" Quran mərkəzi, Bəhreynin qarilər cəmiyyəti, Bəhreyn Quran Elmləri Birliyi, Ehsa və Qətifin müştərək Quran şuraları, Kufənin Ali-Yasin Quran Birliyi həmkarlıq edirlər.

https://iqna.ir/fa/news/3881085

Ad:
E-poçt:
* Comment:
* captcha: