IQNA

Türkiyə qoşunları Suriya qırıcısını vurdu

22:03 - March 01, 2020
Xəbər sayı: 3486793
Tehran (IQNA) – Bu gün, həftənin Bazar günü, terrorçulara dəstək üçün Suriya torpaqlarına soxulmuş Türkiyə hərbiçiləri Suriya hərbi təyyarəsini vurub.

Hadisə Suriyanın İdlib şəhərinin şimalında baş verib. Türkiyə Suriyanın iki qırıcı təyyarəsini hədəfə alıb.

Təyyarələr vurulduqdan sonra pilotlar katapult edərək, nicat parüşütünü işə sala və ölümdən xilas ola biliblər.

Türkiyə müdafiə nazirliyi vurulan təyyarələrin Suxoy Su-24 tipli olduğunu elan edib.

Türkiyənin PUA-sı həmin hərbi qırıcı təyyarələr tərəfindən hücuma məruz qaldıqdan sonra türk qoşunları təyyarələri vurublar.

3882482

captcha