IQNA

Livanın qarilər şeyxi vəfat etdi

22:47 - March 01, 2020
Xəbər sayı: 3486794
Tehran (IQNA) -  Livanın Əkar vilayətinin Quran qarilərinin şeyxi və ustadı uzun sürən xəstəlikdən sonra bu gün (Bazar, 1 Mart 2020) Haqqın dəvətinə ləbbeyk deyərib.

Livanın Əkar vilayətinin Quran qarilərinin şeyxi və ustadı Xalid Bərəkatın vəfatı barədə İQNA-ya İordaniyalı Quran yarışları hakimi Səmih Əhməd Xalid Osmanə məlumat verib.

Şeyx Xalid Bərəkat 1971-ci ildə anadan olub. Əl-Əzhər İslam Mərkəzinin Quran qiraəti ixtisası üzrə məzunudur. Misrdə ona 10 qiraət növü üzrə tilavət üçün şəhadətnamə verilib. Bundan əlavə Beyrutun İslami ali təhsil ocaqlarında İslam elmləri və Ərəb ədəbiyyatını tədris edib.

Uzun müddət Livanın müxtəlif məscid və ali məktəblərində müəllim, qari və camaat imamı kimi çalışıb. Quran qarisi və müəllimi və həmçinin yarışlarda hakim kimi xarici ölkələrdə səfərdə olub.   

3882284

captcha