IQNA

23:32 - March 11, 2020
Xəbər sayı: 3486889
Tehran (IQNA) -  Mübarək Rəcəb ayının 27-ci günü İmam Hüseynin (ə) ziyarətgahı tərəfindən beynəlxalq Qurani-Kərim günü elan edildi.

Həzrət Məhəmməd peyğəmbərin (s) mübarək məbəsi (besət= peyğəmbərliyə seçildiyi gün) ilə bir günə təyin edilən "Beynəlxalq Quran Günü" üçün kampaniya fəaliyyətləri artıq öz işinə başlamışdır.

Həzrət İmam Hüseynin (ə) müqəddəs ziyarətgahını idarə heyətinin Darul-Quran bəxşinin rəisi Şeyx Həsən Mənsuri bu barədə deyib: Rəcəb ayının 27-i ilə bağlı hazırlıqlar başlayıb. Həmin gününün beynəlxalq Quran günü elan edilməsi təkcə İraq üçün deyil, bütün dünyaya aiddir.

O əlavə edib: Bu gün müsəlman millətlər Qurani-Kərimlə üns qurmağa hər zamandakından daha da ehtiyaclıdırlar.

3884853

Ad:
E-poçt:
* Comment: