IQNA

0:45 - March 19, 2020
Xəbər sayı: 3486937
Tehran (IQNA) -  Livan Şiələrinin Ali İslami Şurası koronavirusun dünyada və bu ölkədə yayılması ilə bağlı bəyaniyyə yayaraq insanları duaya dəvət edib.

"əl-Əhd" informasiya portalının verdiyi məlumata görə, Livan Şiə Alimlərinin Ali İslam Şurası bəyaniyyə yayaraq insanları koronavirus bəlası buludunun bəşəriyyətin üzərindən çəkilməsi üçün Cümə günü öz evlərində və məscidlərin minarələrində Səhifeyi-Səccadiyyədən dualar oxumağa dəvət edib.

Livan Şiə Alimlərinin Ali İslami Şurasının dini və məzhəbi təbliğat mərkəzinin Mart ayının 18-də yaydığı bəyaniyyədə möminlərdən Cümə günü Səmat duası və Səhifeyi-Səccadiyyənin 7-ci duasının oxumaları xahiş edilib.

"Səhifətus-Səccadiyyə" kitabındakı 7-ci duanı İmam Zeynülabidin (ə) bəlalar və müşküllər zamanı oxuyarmış.  

Ümumi dua oxumaq kampaniyası Mart ayının 20-də, yeni Hicri-Günəş ilinin (1399) daxil olduğu gün, günün ikinci yarısı, Beyrut vaxtı ilə saat 17:00-da başlayacaq.

/3886446/

Ad:
E-poçt:
* Comment: