IQNA

1:39 - March 19, 2020
Xəbər sayı: 3486940
Tehran (IQNA) -  Məhəmmədiyyə İslam Təşkilatı mübarək Ramazan ayının hilalının Apel ayının 23-də görünəcəyi barədə məlumat yayıb.

İndoneziyanın böyük İslami təşkilatlarından biri olan "Məhəmmədiyyə İslam Təşkilatı" cari ilin Ramazan, Şəvval və Zil-Həccə aylarının hilalı ilə bağlı məlumat yayıb.

Bu təşkilatın bəyaniyyəsində deyilir: Aparılan dəqiq elmi araşdırmalar əsasında məlum olub mübarək Ramazan ayının hilalı 2020-ci ilin Aprel ayının 23-də görünəcək.  

1441-ci hicri-qəməri ilinin Ramazan ayı 2020-ci ilin Aprel ayının 24-də, həftənin Cümə günü başlayacaq. Həmçinin Şəvval ayının hilalı May ayının 23-də görünəcək və May ayının 24-də Şəvval ayının ilk günü olacaq.

Bəyaniyyədə cari ilin Zil-Hiccə ayının İyul ayının 22-də başlayacağı, Ərəfə gününün İyul ayının 30-a təsadüf edəcəyi və Qurban bayramının İyul ayının 31-də olacağı bildirilib.    

3886273

Ad:
E-poçt:
* Comment: