IQNA

Türkiyədə COVID-19 qurbanlarının sayı 9 nəfərə çatıb

15:32 - March 21, 2020
Xəbər sayı: 3486944
Türkiyənin səhiyyə naziri Fahrettin Koca dünən gecə bildirib ki, bu ölkədə daha beş yalı insan koronavirusa yoluxma nəticəsində həyatını itirib. Beləliklə Türkiyədə koronavirusdan ölənlərin sayı 9 nəfərə çatıb.

Sahartv-nın xəbərinə görə, Türkiyədə ilk koronavirus halının elan olunduğu gündən bəri bu virusa yoluxma hallarının təsdiq olunması ilə virusa yoluxan insanların sayı 670 nəfərə çatıbdır. Yoluxma halı hər gün təqribən iki dəfə artıbdır.

Dünən Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğan koronavirus pandemiyasına görə, bir fərmanda bu ölkənin bütün iclas, tədbir və mərasimlərinin keçiriiməsini aprelin sonunadək təxirə salıbdır.

İlk dəfə ötən milad ilinin sonlarında Çinin Uhan şəhərində müşahidə olunan COVID-19, 175-dən çox ölkəyə sirayət edib. Bu virus təqribən on bir min nəfərin ölümünə, 250 mindən yuxarı insanın isə yoluxmasına bais olubdur.

Teqlər: türkiyə ، COVID-19 ، koronavirus
captcha