IQNA

Hansı aqil insan virus istehsal etməkdə ittiham edilən ABŞ-ın köməyini qəbul edər?

16:52 - March 22, 2020
Xəbər sayı: 3486949
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Üzma Xamenei cənabları vurğulayıb: Amerikanın koronavirus istehsalında ittiham edildiyi bir vaxtda, hansı aqil insan bu ölkənin köməyini qəbul edər?

Sahartv-nin xəbərinə görə, İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei bu gün canlı televiziya çıxışında amerikalı rəsmilərin neçənci dəfə olaraq İranın istəyəcəyi halda bu ölkəyə dərman və müalicə köməkləri göndərməyə hazır olmalarına dair ifadələrinə işarə edərək, deyiblər: Amerikalıların söhbətləri çox qəribə sözlərdəndir. Zira onların özləri xəstəliyin qarşısını almaq üçün dərman və avadanlıq çatışmazlığına düçar olublar. Onların bəzi məsul şəxsləri açıq şəkildə bu dəhşətli çatışmazlıqdan danışıblar. Buna görə, onların əgər imkanları varsa, oz xalqlarının dadına çatsınlar.

Həzrət Ayətullahuluzma Xamenei bildiriblər ki, amerikalıların sözləri qəbuledilməzdir. O həzrət belə əlavə ediblər: Ola bilsin, amerikalılar elə dərmanlar göndərsinlər ki, virusu İranda daha da yaymış və daimi etmiş olsun və ya hətta ola bilər, şəxsləri terapevt kimi göndərsinlər ki, bir hissəsi yalnız İran üçün düzəldildiyi deyilən bu virusun təsir gücünü öyrənmiş, öz məlumatlarını təkmilləşdirmiş və düşmənçiliklərini artırmış olsunlar.

İslam İnqilabının Böyük Rəhbəri sonra vurğulayıblar ki, əgər «səbir və müqavimət» «ağıl, tədbir və məşvərət»lə yanaşı olarsa, qələbə qəti olacaqdır. O həzrət söyləyiblər: Səbir etmək/ təslim olmamaq, zəiflik və tərəddüdə düçar olmamaq, şücaət və tədbirlə düşmənin qarşısını almaq və onu məğlub etmək deməkdir.

İslam İnqilabının Böyük Rəhbəri ölkənin bütün problem və çətinliklərlə mübarizə üçün fövqəladə imkana və 40 illik təcrübəyə malik olduğunu xatırladaraq, İran xalqına xitabən vurğulayıblar: Ölkənin imkanları olduqca çoxdur, lakin mühüm olan məsələ budur ki, məsul şəxslər bu imkanları tanısınlar və bütün sektorlarda gənc, mömin və stimullu şəxslər işə götürülsünlər.

Həzrət Ayətullahuluzma Xamenei bir daha bütün xalqa koronavirusla milli mübarizə qərargahının məsul şəxslərinin göstərişlərinə ciddi yanaşıb, əməl etməyi tövsiyə və ümidvarlıq ediblər ki, Allah-Taala tez bir zamanda bu bəlanı İran xalqından, müsəlman xalqlardan və bütün bəşəriyyətdən dəf edəcək.

captcha