IQNA

13:12 - April 04, 2020
Xəbər sayı: 3487022
Qüds qüvvələrinin keçmiş komandiri şəhid general-leytenant Qasim Süleymaninin həyatından bəhs edən "Hacı Qasim Süleymani və hərəm müdafiəçiləri" adlı kitab Türkiyədə çap edilib.
Qüds qüvvələrinin keçmiş komandiri şəhid general-leytenant Qasim Süleymaninin həyatından bəhs edən "Hacı Qasim Süleymani və hərəm müdafiəçiləri" adlı kitab Türkiyədə çap edilib.
Maide.Az xəbər veri rki, Murtaza Kəramətin yazdığı əsər Aykut Pazarbaşı tərəfindən türk dilinə tərcümə edilib və  "Fəta" nəşriyyatı tərəfindən çap edilib. 
Türk oxucularına təqdim olunan kitabın girişində belə yazılıb:
"Şəhid əsgər Hacı Qasim Süleymani bütün həyatını ləyaqətli bir əsgər kimi bəşəriyyətə xidmətə həsr etdi və bu səy üçün mükafat olaraq 03.01.2020-ci il gecə ABŞ-ın Bağdad hava limanında həyata keçirdiyi hava hücumunda şəhid oldu. Düşmənləri 40 ildir Livanda, Fələstində, İraqda, Suriyada, Pakistanda, Əfqanıstanda və digər bölgələrdə heç vaxt qarşılaşmayacağını bilərək ona və onu müşayiət edən "Haşdi Şabi" komandirlərini pusquya saldı, xain terror aktı ilə şəhid etdi. Bu kitabda 40 illik dünya nizamına rəhbərlik edən dünyanın ən böyük komandiri Şəhid əsgər Hacı Qasim Süleymaninin və Əhli-Beytin müqəddəs məkanı olan Həzrəti Zeynəbin (s.ə) hərəmini müdafiə edən hərəm müdafiəçilərinin şəhidlik mübarizəsini ictimai və inqilabi dəyişikliklərlə və Yaxın Şərqdəki hadisələrlə birlikdə görəcəksiniz.
Bütün həyatını Allah yolunda cihadla keçirdi. Şəhadət onun illərlə etdiyi sonsuz səylərinin mükafatı idi. Onun köməyi ilə, Allahın köməyi və gücü ilə işi və yolu dayanmayacaq, lakin onun və şəhidlərin qanlarını çirkli əllərini bulaşdıran cinayətkarları acı qisas gözləyir.
İmam Xameneyi"
 
Ad:
E-poçt:
* Comment:
* captcha: