IQNA

23:44 - April 05, 2020
Xəbər sayı: 3487029
Dünyada koronavirus infeksiyasına (COVİD-19) yoluxma və bu virusdan ölüm halları artmaqda davam edir. Lakin yoluxma üzrə artım tempi bəzi ölkələrdə ötən günün eyni saatı ilə müqayisədə xeyli aşağıdır.

Dünyada koronavirus infeksiyasına (COVİD-19) yoluxma və bu virusdan ölüm halları artmaqda davam edir. Lakin yoluxma üzrə artım tempi bəzi ölkələrdə ötən günün eyni saatı ilə müqayisədə xeyli aşağıdır.

Dünyaya bu virus Çindən yayılsa da, hazırda Çin sıyahıda 6-cı yerə enib. Amerika isə demək olar ki, pandemiyanın əhatəsində qalıb.

Yoluxanların ümumi sayı 1 milyonu keçdikdən sonra üç gün ərzində ölüm və yoluxma sayı bəzi ölkələrdə çox sürətlə artdı. Xüsusilə də siyahıda ilk beşlikdə yer alan ölkələrdə vəziyyət daha da ağırlaşdı. Ancaq bu gün həmin ölkələrin bəzilərində də yoluxma sayı az olub.

Musavat.com xarici mənbələrə istinadən bildirir ki, hazırda dünyada koronavirusa yoluxanların ümumi sayı 1 milyon 253 min 372 nəfər, ölənlərin ümumi sayı isə 68 min 158 nəfərdir.

Siyahıda birinci yerdə ABŞ-dır. Son bir neçə saatda ABŞ-da koronavirusa yoluxanların sayı 16 min 514 nəfər, ölənlər isə 873 nəfər olub (dünən eyni saatda 23 min 271 yoluxan, 747 nəfər isə ölən olub). Ümumilikdə bu ölkədə 327 min 871 nəfər koronavirusa yoluxan, 9 min 325 nəfər bu virusdan ölən var.

Dünyanın koronavirusa yoluxan ölkələrinin siyahısında ilk beşlikdə ABŞ-dan sonra İspaniya, İtaliya, Almaniya və Fransa gəlir. İspaniyada son günlər yoluxma sayı sürətlə artır. Lakin bu ölkədə də 24 saat ərzində yoluxanların sayı ötən günlə müqayisədə azalıb. Son saatlarda bu ölkədə 4 min 591 nəfər yoluxub, 471 nəfər ölüb (ötən günün eyni saatında göstərici 5 min 537 yoluxan, ölənlər isə, 546 nəfər idi).

Ümumilikdə İspaniyada 130 min 759 nəfər koronavirusa yoluxub, 12 min 418 nəfər isə ölüb. İtaliyada koronavirusa son saatlarda yoluxanların sayı 4 min 316, ölənlər 525 nəfərdir (dünən eyni saat üçün yoluxanlar 4 min 805 nəfər, ölənlərin sayı 681 nəfər idi). Ümumilikdə İtaliyada koronavirusa yoluxanların sayı 128 min 948 nəfər, ölənlərin ümumi sayı isə 15 min 887 nəfərdir.

Dünyada yoluxanların sayına görə ABŞ birinci yerdə olsa da, koronavirusdan ölənlərin sayına görə ilk yerdə İtaliya gəlir. Almaniyada son saatlarda 2 min 680 nəfər yoluxub. Ölən isə 83 nəfərdir. Bu ölkədə dünən eyni saatla müqayisədə artım var (dünən üçün bu saata olan göstərici 991 nəfər yoluxan, 55 nəfər ölən). Almaniyada ümumi yoluxanların sayı 98 min 772 nəfər, ölən isə 1527 nəfərdir.

Bu gün üçün rəqəmlər hələ açıqlanmasa da ümumilikdə Fransada 89 min 953 nəfər koronavirusa yoluxub, 7 min 560 nəfər ölüb. Çində isə gün ərzində 30 nəfər yoluxub, 3 nəfər ölüb. Ümumilikdə 3 həftəyə yaxındır ki, bu ölkədə yoluxanların sayı 80 minin üzərində (81 min 669) dayanıb.

Ölənlər isə bir həftədən çoxdur ki, 3-4 min arasındadır (hazırda 3 min 329 nəfər). Koronavirusun ilk yayıldığı Uhan şəhərində karantin rejimi də yumşaldılıb. Çinin bu virusa qalib gəldiyi söylənilir. Onu da qeyd edək ki, Türkiyədə isə yoluxma sayında artım var. Belə ki, son saatlarda qardaş ölkədə 3 min 135 nəfər yoluxub, 73 nəfər ölüb ( ötən günün eyni saatında 3 min 13 nəfər yoluxub, 76 nəfər isə bu virusdan dünyasını dəyişmişdi) .

Ümumilikdə bu ölkədə 27 min 69 nəfər koronavirusa yoluxan, 574 nəfər isə ölən var.

Dünyada hazırda 927 min 993 nəfər koronavirus xəstəsi var. Onlardan 45 min 379 nəfərinin vəziyyəti ağırdır.

Teqlər: koronavirus ، almaniya ، fransa ، çin ، covid-19
Ad:
E-poçt:
* Comment:
* captcha: