IQNA

9:04 - April 14, 2020
Xəbər sayı: 3487079
Tehran (IQNA) -  İraqın siyasi və hərbi məsələlər üzrə mütəxəssisi Amerika hərbiçilərinin İraqda bundan sonra da 10 il qalmaq üçün proqram hazırladığını xəbər verib.

Səfa əl-Əsəm (İraqın siyasi və hərbi məsələlər üzrə mütəxəssisi) "əl-Məlumə" xəbər agentliyi ilə müsahibəsində deyib: İndiki yeni dövlət Amerikanın İraqdakı hərəkətlərini məhdudlaşdıra bilməyib. Bununla belə Amerika yeni dövləti saymamazlıqdan gələrək ölkədə olan 6 hərbi bazasında əlavə olaraq 10 il qalmaq üçün işlər görür.

O əlavə edib: Amerika hərbiçiləri İraqın kiçik hərbi bazalarını boşaltdılar və öz əsas bazalarında toplaşdılar. Bu o deməkdir ki, Amerika koalisiyasının İraqdan çıxmaq fikri yoxdur.

İraqın siyasi və hərbi məsələlər üzrə mütəxəssisi qeyd edib ki, hazırda dörd hərbi bazada fəaliyyət göstərən Amerika hərbi qüvvələri sonrakı mərhələdə iki yeni baza təsis edəcəklər.  

Səfa əl-Əsəm vurğulayıb: Hazırda İraqın bütün hava məkanı Amerikalıların tam nəzarətindədir. Hazırkı dövlət isə onları geri oturda bilməyib. Çünki Amerika hələ 10 il də İraqda qalmaq istəyir.  

3891453

Teqlər: amerika ، iraq ، hərbi baza
Ad:
E-poçt:
* Comment:
* captcha: