IQNA

14:43 - April 15, 2020
Xəbər sayı: 3487084
Almaniya Səhiyyə Nazirliyi ilk dəfə olaraq Alman tibb işçilərindən ibarət olan Alman Müsəlman Həkimlər Birliyinin təsis edilməsinə icazə verib. Bu birlikdə həkimlər, əczaçı və səhiyyə işçiləri üzvdir. 
Almaniyada  ilk dəfə Müsəlman Həkimlər Birliyinin təsis edilib. Son zamanlar koronavirus epidemiya xəstəliyinin ortaya çıxmasından sonra müsəlman tibb işçiləri və həkimlərinin xəstələrə göstərdikləri diqqət və qayğı Avropa ölkələrində müsəlmanların rolunu getdikcə daha  gücləndirib. 
 
Almaniya Səhiyyə Nazirliyi ilk dəfə olaraq Alman tibb işçilərindən ibarət olan Alman Müsəlman Həkimlər Birliyinin (MUAMED)  təsis edilməsinə icazə verib. Bu birlikdə həkimlər, əczaçı və səhiyyə işçiləri üzvdir. 
 
Bu dərnəyin qurucularından biri olan professor Hüdayi Korkusuz bildirib ki,  Almaniyada ilk dəfə olaraq müsəlman həkimlərdən ibarət bir tibb müəssisəsi qurulur.  İndiyədək Almaniyada yəhudi, katolik və protestant tibb müəssisələri mövcud idi və onlar bir-birlərinə məlumat mübadiləsi və dəstək olurlar. 
 
Onun sözlərinə görə, MUAMED Almaniyada yaşayan təxminən 5 milyon müsəlmanın tibbi ehtiyaclarını qarşılayacaq. 
Maide.Az 
Ad:
E-poçt:
* Comment:
* captcha: