IQNA

23:01 - April 17, 2020
Xəbər sayı: 3487093
Tehran (IQNA) -  İngiltərədə yaşayan müsəlmanların Şiə Alimlər Şurası, təqlid mərcələrinin nümayəndələri və İslami Mərkəzlərin rəisləri koronavirusdan ölənlərlə bağlı bəyanat yayıblar.

Ötən gün, Cüməaxşamı günü, 16 Aprel 2020-ci il, verilən bəyanatda müsəlman alimlər və İslam mərkəzləri rəisləri koronavirus səbəbi ilə ölən müsəlmanların İslami ayinlərə uyğun dəfn edilmələrinin zəruri olduğunu vurğulayıblar.

Bəyanatda vurğulanır: İslam dini zəruri anlarda ölülərin dəfn edilməsi üçün bəzi asan yollar da təyin etmişdir. Amma ÜST-ün (Ümumdünya Səhiyyə Təşkilatı) "Covid-19" virusunun cəsəd vasitəsi ilə yayılması ehtimalının çox az olduğunu bildirib. Buna görə də müsəlman cənazələrinin İslam dininə uyğun şəkildə dəfn edilməsi vacibdir.

Müsəlman alimlərin bəyanatında deyilir ki, insanların cənazəsinə ehtiram edilməli, onların ailələrin hörməti saxlanılmalı, cəsədlərin tələsik dəfnindən çəkinilməlidir.

Qeyd edək ki, müxtəlif dinlərin davamçılarının tələbindən sonra İngiltərədə koronavirusdan ölənlərin cənazələrinin yandırılması dayandırlıb.  

3892093

تأکید علمای شیعه در انگلیس بر رعایت آیین اسلامی اموات مبتلا به کرونا

Ad:
E-poçt:
* Comment:
* captcha: