IQNA

Ayətullah Sistaninin dəftəxanası Ramazan ayının hilalı barədə məlumat yayıb

12:49 - April 20, 2020
1
Xəbər sayı: 3487112
Tehran (IQNA) -  Şiələrin İraqın Nəcəf şəhərində yaşayan mərcəyi-təqlidi Həzrət Ayətullah Üzma Sistaninin dəftərxanası Ramazan ayının hilalı barədə məlumat yayıb.

"Vatanina" saytının verdiyi xəbərə görə, şiələrin böyük mərcəyi-təqlidi Həzrət Ayətullah Üzma Seyyid Əli Sistaninin dəftərxanası 1441-ci hicri-qəməri ilinin mübarək Ramazan ayının hilalının görünməsi barədə yaydığı məlumatda deyilir:

Cari həftənin Cümə günü, 24 Aperl 2020-ci il, 1441-ci Hicri-Qəməri ilinin mübarək Ramazan ayının təzə hilalı izlənəcək.

Elmi hesablamalara görə Cümə gününün qürub (günbatan) çağı mübarək Ramazan ayının hilalını adi gözlə aydın şəkildə görmək olacaq. Əgər bu baş verərsə, həftənin Şənbə günü, 25 Aprel 2020-ci il, Ramazan ayının birinci günü olacaqdır.

Qeyd edək ki, Şiələrin böyük mərcəyi-təqlidi Həzrət Ayətullah Üzma Seyyid Əli Sistaninin dəftərxanası 1441-ci il üçün şəri vaxtları ofisin rəsmi saytında (sistani.org) yerləşdirmişdir.

3892859

Nəşr edilmiş: 1
Yoxlanılır: 0
Nəşrə yararsız: 0
Ramin
0
0
ramazan bayrami ne vaxtdir?
captcha