IQNA

Həmas: 'Hərəmi İbrahim'ə lift inşa edilməsi Qərb Sahilindəki müqəddəsliyi təhdid edir

14:02 - May 05, 2020
Xəbər sayı: 3487190
Həmas Hərəkatı Əl-Xəlil şəhərindəki "Hərəmi İbrahim" məscidinə böyük bir lift inşa edilməsini nəzərdə tutan layihənin Qərb Sahilindəki müqəddəsliyi təhdid etdiyini açıqlayıb.

Həmas Hərəkatı Əl-Xəlil şəhərindəki "Hərəmi İbrahim" məscidinə böyük bir lift inşa edilməsini nəzərdə tutan layihənin Qərb Sahilindəki müqəddəsliyi təhdid etdiyini açıqlayıb.

Maide.Az xəbər verir ki, Həmas sözçüsü Əbdüllətif əl-Kanu verdiyi yazılı açıqlamada bildirib ki, sionist rejim Qərb Sahilindəki müqəddəs məkanların görünüşünü dəyişdirməyə çalışır.
Sözügedən layihənin dünyanın diqqətini yeni tip koronavirusla (Kovid-19) mübarizəyə yönəltdiyi bir vaxtda gündəmə gəldiyini bildirən Kani, İsrail rejiminin də belə bir dövrdə işğal altındakı Qərbi Sahilində "Əsrin Müqaviləsi" planını həyata keçirmək üçün çalışdığını qeyd edib.
İsrailin "Kanal 7" televiziyası xəbər verir ki,işğalçı İsrail rejiminin Müdafiə naziri Nafta Bennett 3 may tarixində "Hərəmi İbrahim"in rekonstruksiyası layihəsi çərçivəsində buradakı vəqf ərazilərinin müsadirə edilməsi layihəsini yekun olaraq qəbul etmişdi.
Layihə "Hərəmi İbrahim"dən əlil yəhudi ziyarətçilər üçün ayrı bir yol açılması və lift inşa edilməsi üçün əl-Xəlildəki Fələstin torpaqlarının ələ keçirilməsini nəzərdə tutur.
İsrail rejiminin baş prokuroru Aviçai Mandelblit də 21 apreldə əl-Xəlildəki "Hərəmi İbrahim"ə aid vəqf ərazilərini "inkişaf etdirmək və genişləndirmək layihəsi" səbəbilə "yəhudiləşdirmə" və "yəhudi yaşayış məntəqəsi inşası" planı çərçivəsində müsadirə qərarını qəbul etmişdi.
Məscidi-Əqsadan sonra ən müqəddəs dördüncü məkan
İşğal altındakı Qüds şəhərində yerləşən Məscidi-Əqsanın ətrafı kimi qəbul edilən əl-Xəlil şəhərindəki "Hərəmi İbrahim" Məkkədəki Məscidi-Həram ilə Mədinədəki Məscidi-Peyğəmbər və Məscidi-Əqsadan sonra ən müqəddəs dördüncü məscid hesab edilir.
Məscidin altında yerləşən Həzrəti İbrahim (ə) və həyat yoldaşı Həzrəti Saranın (s.ə) qəbirləri ilə bərabər Həzrəti İshaq (ə), Həzrəti Yaqub (ə), Həzrəti Yusif (ə) və həyat yoldaşlarının məzarlarının olduğu güman edilən mağara, İsrail tərəfindən "Əcdad Atalar (Maçpelah)" adlandırılır. "Hərəmi İbrahim" bu səbəbdən tez-tez fanatik yəhudilərin basqınlarına məruz qalır.
Həzrəti İshaq (ə) və həyat yoldaşının olduğu qəbirlər müsəlmanlara ayrılan hissədə qalır, digərləri isə yəhudilərə ayrılan və sinaqoqa çevrilən hissələrdədir.
İsrail rejiminin 1967-ci ildən bəri işğal altında saxladığı Qərb Sahilinin Əl-Xəlil şəhərində yerləşən məscid, 25 fevral 1994-cü ildə səhər namazı qılan müsəlmanlara atəş açan Baruç Qoldşteyn adlı yəhudi fanatikin terrorundan sonra bağlanmış və yenidən açılanda isə yarısından çoxu yəhudilərə verilmiş şəkildə ikiyə bölünmüşdü.
Tarixə "Əl-Xəlil məscidi (Hərəmi İbrahim) qətliamı" olaraq düşən hücumda 29 fələstinli şəhid olmuş, 150-dən çox insan da yaralanmışdı.
Teqlər: qüds ، əl-xəlil ، həmas
captcha